AZ

”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ

“Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çoxlu əsərlər yazılsa, tədqiqat işləri aparılsa da, hələ bundan sonra da öyrənilməyə davam edəcəkdir. Heydər Əliyev deyəndə ilk növbədə müasir Azərbaycan dövlətinin qurucusu göz önünə gəlir. Ulu Öndərin fəaliyyəti haqqında bir neçə mərhələdə danışmaq olar. 1969-1982-ci illər Azərbaycan Kommunist Partiyası Mərkəzi katibi olaraq respublikamızı böyük cərgələrə çıxartdı. Azərbaycanın gələcək müstəqilliyi üçün lazım olan təməlləri işləyib hazırladı. 1982-1987-ci illərdə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyazi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq dünyanın quru ərazisinin altıda bir hissəsini tutan SSRİ rəhbərlərindən biri oldu. Bu hadisə Azərbaycan xalqının tarixində qürurverici idi. İlk dəfə olaraq azərbaycanlı dövlət, siyasi xadim nəhəng bir dövlətin idarəçilərindən olmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Moskvada işləyərkən Heydər Əliyev hansı xarici ölkəyə səfər edərdisə, oraya Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitabları da aparardı: “Heydər Əliyevin fəaliyyətinin çox mühüm mərhələlərindən biri Naxçıvandakı illərdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçildikdən sonra ağsaqqal deputat, daha sonra parlamentin sədri olaraq qəbul etdiyi qərarlar Azərbaycan xalqının bütün gələcək taleyinə təsir etdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin ilk sessiya iclasında Muxtar Respublikanın adından Sovet Sosialist ifadələri çıxarıldı. Bu, sadəcə iki ifadənin çıxarılması demək deyildi. O zaman hələ Kommunist Partiyası Sovet dövləti mövcud idi. Bu, Sovet və Sosialist sistemindən imtina etmək idi. Həmin iclasda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli və ay-ulduzlu bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edildi. Bu da böyük tarixi əhəmiyyət daşıyırdı. Ona görə ki Kommunist Partiyası Sovet dövləti Azərbaycan Xalq Cümhuriyyətini düşmən bilirdi və onu heç vaxt qəbul etməmişdi. Hələ o dövrdə Kommunist Partiyası da, Sovet dövləti də sosializm də var idi. Bu tarixi bir addım idi. Bakıya tövsiyə olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin atributlarını qəbul etsin. Bundan bir müddət sonra Azərbaycan həmin atributları qəbul etdi”.

Deputat bildirib ki, Naxçıvan müasir müstəqil Azərbaycan dövlətçiliyinin təməlinin atıldığı bir yer oldu: “İlk dəfə olaraq Naxçıvanda sərhədlərimizi Azərbaycan sərhədçiləri qorumağa başladı. Heydər Əliyevin fəaliyyətinin növbəti mərhələsi 1993-2003-cü illərdir. 1991-ci ilin oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi göydəndüşmə olmadı. Bunun üçün zəmin qeyd etdiyimiz illərdə hazırlanmışdı. Lakin Azərbaycan dövlət müstəqilliyini itirmək, xaricdən dəstəklənən separatçılıqla parçalanmaq, xalq-vətəndaş müharibəsi astanasında dayanmışdı. Belə bir şəraitdə Azərbaycan hakimiyyəti xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinin, separatçılıqla ölkənin parçalanmasının qarşısınl aldı, xalqı vətəndaş müharibəsindən qurtardı. Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını da müəyyənləşdirdi. O zamanlar ölkə bərbad bir halda idi. İlk növbədə Ulu Öndər atəşkəsə getdi. Bunun başlıca məqsədi isə dövləti qurmaq, gücləndirmək, ordu yaratmaq və torpaqları işğaldan azad etməkdən ötrü zəmin yaratmaq idi. Həmin strategiyanı 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük müharibədə və sonradan lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdi”.

M.Qasımlı onu qeyd edib ki, Heydər Əliyev ölkənin inkişafının açarını tapıb: “Bu, təbii sərvət olan neft və qaz idi. Tariximizdə ilk dəfə təbii sərvət olan neft və qazı milli sərvətə çevirən Ulu Öndər Heydər Əliyev oldu. Bilavasitə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitutsiyası işlənib hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendum yolu ilə qəbul edildi. Heydər Əliyev müsəlman Şərqində ölüm hökmünü ləğv edən dövlət xadimidir. Bu, Heydər Əliyevin böyük humanizminin göstəricisi idi. Bundan sonra yüzilliklər keçəcək, Azərbaycan xalqının qüdrətli olmasını, dövlətimizin güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər. Beləliklə Azərbaycan xalqı yaşadıqca Heydər Əliyev də yaşayacaqdır”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13762
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11074
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9107
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2963
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2503
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2225
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2124
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2075
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1549
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1060
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
755
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
678
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
665
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
657
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
656
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
613
Arda Gülər dayanmır, yenə fərqləndi -
586