AZ

Gəncədə ət və süd istehsalı artıb

2024-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.

Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin məhsulu üçün Gəncə şəhəri üzrə 63,2 hektar kənd təsərrüfatı bitkiləri əkilmiş, o cümlədən 29,0 hektarını arpa, 34,2 hektarını tərəvəz bitkiləri təşkil etmişdir. 

2024-cü ilin may ayının 1-i vəziyyətinə təsərrüfatlarda 716 baş iribuynuzlu mal-qara  (ondan 292 baş inək və camış), 1177 baş qoyun və keçi, 32 baş donuz mövcud olmuşdur.

Gəncə şəhərində 2024-cü ilin  yanvar-mart aylarında heyvandarlıq bölməsində 69,8 ton ət diri çəkidə, 156,7 ton süd, 280 min ədəd yumurta istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 36,4 ton və ya 2,1 dəfə, süd istehsalı 14,3 ton və ya 10,0 faiz, yumurta istehsalı 1 min ədəd və ya 0,4 faiz artmışdır.  

2024-cü ilin yanvar-mart aylarında kənd təsərrüfatının  ümumi məhsulu faktiki qiymətlərlə 1,3 milyon manat təşkil etmiş və heyvandarlıq məhsullarından ibarət olmuşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla