FED-in Minneapolis üzrə sədri Nil Kaşkarinin uçot dərəcələrinin uzun müddət eyni səviyyədə qala biləcəyinə dair sözləri qlobal bazarlara mənfi təsir edib.

İndex.az xəbər verir ki, “Wall Street” fond birjalarının çərşənbə axşamı günü sabit qalması Asiya birjalarını da zəiflədib.

Dollar istiqraz faizlərindəki sabitliyin köməyi ilə yüksəlişini davam etdirib.

Yaponiya Bankının (BOJ) Başçısı Kazuo Uedanın müsbət yönlü açıqlamalarına baxmayaraq yen dəyər itirməkdə davam edib.