Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin rəhbərlik etdiyi “Avesta Konserni” MMC məhkməyə verilib.
Valyuta.az-ın məlumatına görə, “Avesta Konserni” MMC-ni məhkəməyə verən şəxs Sairbəyzadə Kamal İmamverdi oğludur.
K.Sairbəyzadə məhkəməyə şikayət etməsində səbəb MMC-nin balansında olan yaşayış binasında aldığı mənzillə bağlıdır.
O, “Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması” üzrə məhkəmədə iddia qaldırıb.
İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Nərgiz Tağıyevanın sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli