AZ

MMC-nin növbədənkənar ümumi yığıncağı cəmiyyətin icra orqanı tərəfindən çağırılır

Ali Məhkəmədə iddiaçı bank olmayan kredit təşkilatının cavabdeh şirkətə qarşı sənədlərin təqdim olunması və digər tələblərə dair kommersiya işinə baxılıb.

MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə

FED.az xəbər verir ki, Ali Məhkəmə tərəfindən təqdim olunan işin hallarnda bildirilir ki, cavabdehin (MMC) nizamnaməsinin 6.1-ci bəndinə əsasən, müəssisənin ali idarəetmə orqanı – cəmiyyətin iştirakçılarının ümumi yığıncağıdır. Həmin nizamnamənin 6.4-cü bəndinə əsasən, ümumi yığıncağın növbədənkənar iclasları cəmiyyətin təsisçilərindən birinin və ya baş müdirin yazılı tələbi ilə çağırılır.

İddiaçı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə:

– cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması,

– təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin, o cümlədən cəmiyyətin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən indiyədək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq olunmuş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış iddiaçıya təqdim edilməsi vəzifələrinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsinin 2023-cü il 13 noyabr tarixli qərardadı ilə “cavabdehin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsində iş üzrə icraata xitam verilmişdir. MMC-nin büdcəsinin, ştat cədvəlinin, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən indiyədək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən iddiaçıya təqdim olunması qət edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, işin hallarından göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə cavabdehin nizamnaməsi ilə tənzimlənmişdir. Bu səbəbdən, cavabdehin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid deyildir.

İddiaçı məhkəmənin qərardadından şikayət verərək iddianın iş üzrə icraata xitam verilmiş hissədə təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2023-cü il 24 noyabr tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsinin 2023-cü il 25 dekabr tarixli qərardadı ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv olunması və işin baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Ali Məhkəmə apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işə baxan məhkəmələr MPM-nin 4.1 və 24.1-ci maddələrinə istinad etsələr də, iş üzrə icraata xitam verməklə, maddi hüquq normalarının tələblərinə zidd nəticəyə gəlmişlər.

MMC-nin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağı isə icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır (Mülki Məcəllə, 91.1-2 və 91.1-3-cü maddələr).

Göründüyü kimi, qanunvericilikdə növbəti ümumi yığıncaqdan fərqli olaraq, növbədənkənar ümumi yığıncağın çağırılması üçün təşəbbüs və ya tələb irəli sürən subyektlərin dairəsi göstərilmiş, lakin həmin yığıncağı çağıracaq orqan (və ya şəxs) barədə məlumat nəzərdə tutulmamışdır.

Məcəllənin 91.1-5 və 91.1.6-cı maddələrində MMC-nin iştirakçılarının ümumi yığıncağında və yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncağın məhz cəmiyyətin icra orqanı tərəfindən təkrarən çağırılması nəzərdə tutulmuşdur ki, 91.1-3, 91.1-5 və 91.1.6-cı maddələrinin birgə təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən qayda (ümumi yığıncağın cəmiyyətin icra orqanı tərəfindən çağırılması) həm növbəti, həm də növbədənkənar ümumi yığıncağın çağırılmasına aiddir.

Baxılan işdə isə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməklə iddiaçıya cavabdehin ümumi yığıncağını bilavasitə özünün çağırmasının tövsiyə edilməsi, ümumi yığıncağın keçirilməməsi ilə bağlı tərəflər arasında mövcud mübahisənin həll edilməmiş qalmasına gətirib çıxarmaqla, Mülki Prosessual Məcəllənin 4.1 və 24.1-ci maddələrinin pozulması ilə nəticələnmişdir.

Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı və iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Odur ki, kassasiya şikayəti təmin edilməlidir.

Yekun məhkəmə aktı:

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilib. Apellyasiya instansiya məhkəməsinin 2023-cü il 25 dekabr tarixli qərardadı ləğv edilib, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12105
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8623
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8614
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2386
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2088
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1897
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1784
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1181
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
958
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
735
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
476
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Arda dubl etdi - VİDEO
380
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
377
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
374
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
371