AZ

Tbilisidə növbəti kütləvi etiraz aksiyası planlaşdırırlar - Foto

Tbilisidə

Gürcüstanın ictimai təşkilatları mayın 11-də “Xarici agentlər haqqında” qanunun qəbuluna qarşı böyük etiraz aksiyası təşkil edəcək. Qeyd olunur ki, bu tədbir ən irimiqyaslı aksiyalardan birinə çevrilə bilər.

Reyting.az
xəbər verir ki, şənbə günü Tbilisidə keçirilməsi planlaşdırılan “Avropa marşı”nın bütün ölkədə - Telavi, Borjomi, Qori, Kutaisi, Zuqdidi, Batumidə həftə boyu kiçik etiraz aksiyalarının kulminasiya nöqtəsi olacağı güman edilir.

Tbilisidəki yürüşçülər üç ayrı ünvanda toplaşacaq və buradan Avropa meydanına doğru hərəkət edəcəklər.

Qeyd edək ki, Gürcüstan parlamenti iki oxunuşda qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə mayın 13-də qayıtmağı, yekun səsverməni isə mayın 17-də keçirməyi planlaşdırır.



ELÇİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
32
Mənbələr
Şərh ()
Bağla