AZ

"Ölmüş toyuq əti ya insandan dönərə keçən infeksiya..?" - DÖNƏR ZƏHƏRLƏNMƏLƏRİ 

Xəbər verdiyimiz kimi, mayın 7-də Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.

Hazırda dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb. Onların hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış qidadan istifadə etdiyi iddia olunur.

Mütəxəssislər dönərdən zəhərlənmə hallarını daha çox saxlanma şəraiti və AQTA-nın nəzarətsizliyi ilə izah eləsələr də, gözdən qaçan, bəlkə də kiçik, amma fəsadı böyük digər məqamlar da olmamış deyil.

Məsələdə ən maraqlı məqam dönərxanaya cavabdeh adamın cavabıdır. Deyir gunah toyuqdadı. Həqiqətənmi gunah toyuqdadi?

Toyuq ətinin keyfiyyəti günümüz üçün maraqlıdir. Zamanla dönərxanalara və digər satış yerlərində istehlak üçün əhaliyə verilən zərərli ətlərə şahid oluruq. Bunun içində at, eşşək ətindən tutmuş adam ətinədək mövcud olub. Bu arada adam ətini vaxtilə həbs edilmiş manyak kişi etiraf edib. Rus qızlarının ətindən bişirilən qutab məhz Bakı Avtovağzalında satılıb.

Mövzudan kənara çıxmadan mundar ətlərin, xəstəlikdən ölmüş toyuqların eyni istehsal müəssisəsindən dönərxanalara daşındığını da düşünə bilərik.

Məsələ ilə bağlı həkim- toksikoloq Aynur Məmmədova Referans.az-a danışıb:

"Fikir versəniz, yaz-yay aylarında dönərdən zəhərlənmə halları daha çox baş verir. Bu da ondan irəli gəlir ki, məhsulları soyuducuda deyil, açıq havada saxlayırlar. Elə məhsullar var ki, ayrı-ayrılıqda qalmalıdır. İstər mayonez, istərsə də ət olsun açıq havada uzun müddət saxlanılmamalıdır. Bu zaman qidaya bağırsaq çöpləri və infeksiyalar düşür. İnsanlar da bunu qəbul edəndə belə hallar baş verir. Kütləvi zəhərlənmənin olması artıq düşündürücüdür. Belə zəhərlənmələr əsas yeniyetmələrdə olur. Təzə xiyar və göyləri təmiz yumurlar. Bu hal da kütləvi zəhərlənmələrə gətirib çıxarır. İnsan qidadan zəhərlənəndə birinci ürəkbulanma olur, daha sonra mədə- bağırsaq hissədə ağrılar, xəstədə diskonfort halı yaranır".

Həkim ölmüş toyuq ətlərinin də zəhərlənmə verəcəyi nöanslarına toxunub:

"Biri var halal kəsilmiş toyu qəti, biri də var ki, xəstəliklə bağlı ölmüş heyvanın əti. Hansısa heyvan ölübsə, deməli hansısa infeksiyaya yoluxub ki, ölüb. Belə ətləri istehlak üçün satanda, əlbəttə ki, çox ciddi problemlər yaradır. Uşaqlarda davamlı fəsadlar əmələ gələ bilər. Hətta, xəstəxanaya gedənədək uşaqlar komaya da düşə bilər. Belə heyvanlara o qədər ədva vururlar ki, hiss olunmasın. Sadəcə olaraq, o ət parçası insan orqanizminə düşdükdə, bəli zəhərlənmə törədir. Belə heyvanların ətini yemək qadağandır".

Həkim- infeksionist Mərdan Əliyev də mövzu ilə bağlı fikirlərini saytımızla bölüşüb:

"Bütün zəhərlənmələrin səbəbi infeksiyalardır. Biz qidaları yeyən zaman, istər dönər olsun, istərsə də digər qida olsun, bunların tərkibindəki mikroblar inkişaf etməyə başlayır. Çünki bakteriyalar arasında qida uğrunda mübarizə gedir. Bizim ətrafımız bakteriyalarla doludur. Ən təhlükəli vəziyyət otaq tepmeraturunda saxlanılan qidalardır. Ət istər bişsin, istərsə də bişməsin bir müddətdən sonra bakteriyalar inkişaf eləməyə başlayır və biz həmin qidaları yedikdən sonra artıq bakteriyalar yarandığı üçün zəhərlənmə halları baş verir. Tərkibində protein olan ət kimi qidalarda mikrobun inkişaf eləmək ehtimalı daha çoxdur. Çünki bakteriya üçün hazır qidalı mühitdir".

Həkim digər həmkarından fərqli olaraq zəhərlənmədə başqa məqama diqqət çəkib:

"Dönərxanada işləyən şəxslərin özləri də mikrob mənbəyi ola bilərlər. Yəni həmin şəxslərdən dönərə infeksiya düşə bilər, infeksiya mənbəyi ola bilər. Dönər hazırlayan şəxsin əllərində yara olmamalıdır. Yara olan zaman stafilokok infeksiyaları olur, ətə düşür və ciddi qida zəhərlənmələri yaradır. Dönərxanada işləyənlər qrip olarsa, bu zaman virus infeksiyası deyil, amma bakterial infeksiya yoluxdura bilərlər. Şəxsin anginası yarana bilər və bununla da infeksiya qidaya yoluxa bilər. Sonda bunlar zəhərlənmələrə səbəb ola bilər. Elə qida yerlərində işləyən şəxslər bakteriya daşıyıcısı olmamalıdır, vaxtında müayinədən keçməlidir".


Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
oxu.az

1Mənbələr