AZ

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib - FOTO

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Tədbirdə çıxış edən Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Ümummilli Lider Heydər Əliyevin bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etdiyini bildirib. O, Azərbaycanın elmi potensialının yüksəlməsində, maddi və mənəvi mədəniyyətinin qorunub inkişaf etdirilməsində Ulu Öndərin misilsiz xidmətlərindən söz açaraq, Əlyazmalar İnstitutunun məhz onun diqqət və qayğısı sayəsində yaradıldığını qeyd edib. Bu müəssisənin institut statusu alması və tarixi bir binada yerləşdirilməsinin görkəmli dövlət xadimi Heydər Əliyevin xidməti olduğunu diqqətə çatdıran alim bu dahi şəxsiyyətin sovet dövründə olduğu kimi, müstəqillik illərində də milli-mənəvi irsimizin daşıyıcıları olan yazılı abidələrimizin mühafizəsinə və tədqiqinə xüsusi diqqət yetirdiyini, onun siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Elmi sessiyada institutun əməkdaşlarının “Heydər Əliyev və Əlyazmalar İnstitutu” sənədli filminin yaranma tarixi”, “Heydər Əliyev və elm”, “Heydər Əliyev və mədəni irsimiz” və “Heydər Əliyev Əlyazmalar İnstitutunun əməkdaşlarının tədqiqatında” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Ulu Öndərin ölkəmizdə elmin, mədəniyyətin, incəsənətin inkişafına göstərdiyi qayğı diqqət mərkəzinə çəkilib, Əlyazmalar İnstitutunun alimlərinin Heydər Əliyevşünaslıq istiqamətində apardığı tədqiqatlar bir daha nəzərdən keçirilib, son on ildə mövzu ilə əlaqədar nəşr olunan monoqrafiyalar, tərtib kitabları, konfrans materialları, elmi məqalələr və toplanmış sənəd-informasiya resurslarının elmi ictimaiyyətin istinad etdiyi ən mötəbər elmi mənbələr olduğu bildirilib.

Sessiyada Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Əzizağa Nəcəfov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Kamandar Şərifov, elmi katib Samirə Əliyeva və Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xatirə Cabbarzadə Ulu Öndərin Azərbaycan elminə, ədəbiyyatına, əlyazmalar xəzinəsinə verdiyi töhfələrdən, Azərbaycan gənclərinin inkişafına göstərdiyi qayğı və diqqətdən bəhs edib, onun xalqın yaddaşında daim yaşayacağını vurğulayıblar.

Tədbirdə Əlyazmalar İnstitutunun ərsəyə gətirdiyi “Heydər Əliyev və Əlyazmalar İnstitutu” adlı sənədli film nümayiş olunub. İştirakçılar Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13944
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11155
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9146
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2985
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2537
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2159
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2110
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1581
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1147
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
759
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
709
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
616
Arda Gülər dayanmır, yenə fərqləndi -
589