AZ

Xaçmazda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-c ildönümünə həsr olunmuş konfrans keçirilib

Bakı. Trend:

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadanolmasının 101-c ildönümünə həsr olunmuş konfrans keçirilib.

İştirakçılar əvvəlcə dahi şəxsiyyətin abidəsi önünə güldəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Sonra Heydər Əliyev mərkəzinin foyesində məktəblilərin əlişlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi iləbaşlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə dəşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildiribki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər HeydərƏliyevin adı ilə bağlıdır. Azərbaycanın xilaskarı, öz həyatınıVətəninə və xalqına bəxş etmiş Ümummilli Lider Heydər Əliyevinzəngin və mənalı ömrünün hər günü bir dastandır. Ümummilli LiderHeydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azadedilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Qeyd edilib ki, dahişəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı,Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali BaşKomandanı İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyühərbi-siyasi yolla bərpa olundu və bu gün üçrəngli bayrağımızyenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olanŞuşada, eləcə də Xankəndidə qürurla dalğalanır.

Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Heydər Əliyevinhəyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçiliktəcrübəsindən danışıb, xalqımızın sülh və əmin-amanlıq şəraitindəyaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən söz açıblar.Hazırda Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevinrəhbərliyi ilə ölkəmizin davamlı inkişafından bəhs ediblər. Sonillər Xaçmaz rayonunda həyata keçirilən geniş miqyaslı tikinti,quruculuq, abadlıq işləri, şəhid ailəri və qazilərə göstərilənqayğı yüksək qiymətləndirilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edənvideoçarx nümayiş olunub.

Tədbir mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilədavam edib. Geniş və rəngarəng musiqi nömrələri iştirakçılartərəfindən alqışlarla qarşılanıb.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
az.trend.az

1Mənbələr