AZ

Son zamanlar zəhərlənmə halları niyə artıb? - Mütəxəssisdən AÇIQLAMA

“Son dövrlər dönərdən zəhərlənmə halları gündən-günə artır. Xüsusilə, bu kimi hallar azyaşlılarda daha təhlükəli nəticələrlə sonlanır. Burada əsas məsuliyyət sahibkarın üzərinə düşür, zəhərlənmələr sahinkarın qaydalara uyğun düzgün fəaliyyət göstərməməsi nəticəsində baş verir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq yoxlamalar aparıb, əhalinin sağlamlığının qorunması yolunda nəzarət mexanizmini gücləndirməlidir. Çünki belə qidalar daha çox məktəb və bu kimi insanların sıx olduğu ərazilərdə satılır. Burada da yayınmaq mümkün deyil. Bir çox hallarda zəhərlənmə baş verdikdən sonra AQTA-nın apardığı monitorinqlər, laboratoriyanın nəticələri də göstərir ki, həmin müəssisə heç də qanunauyğun şəkildə, sanitar gigiyena normalarına əməl edərək fəaliyyət göstərmir. Nəticədə, məhz belə xoşagəlməz hallar baş verir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. 

 

M.Hüseynova bildirib ki, zəhərlənmələr istifadə olunan qida məhsullarının, xüsusən də, ətlərin keyfiyyətsiz, ucuz olmasından, xəstə heyvan ətlərindən istifadə edilməsindən, eyni zamanda saxlanılma şəraitinin düzgün olmamasından qaynaqlanır: “Ət daha yüksək temperaturda saxlanıldıqda onun tərkibində bakteriya və mikroorqanizmlərin çoxalması üçün uyğun şərait yaranır. Bəzən də bu məhsullar sanitar gigiyena normalarına əməl edilmədən hazırlanır. Belə olan halda məhsul həm fiziki, həm də kimyəvi çirklənməyə məruz qalır. İnsanların bu cür qidaları qəbul etmələri həzm sisteminin pozulması, eyni zamanda zəhərlənmə ilə nəticələnir. Xüsusilə, belə qidalarda el arasında çin duzu kimi tanınan sentetik mənşəli mono natrium qlütomat maddəsi də istifadə olunduqda həmin qida dadlı olmasa belə, insanlar arasında asılılıq yaradır və insanlar davamlı onu istehlak etmək istəyirlər. Bu da 20 yaşa qədər orqanizmdə daha çox özünü göstərir, çünki ağızda ənənəvi dad reseptorları pozulduğu üçün yeniyetmələrə, gənclərə, azyaşlılara bu kimi qidaları verdikdə davamlı olaraq tələbat yaranır. Hər hansı qidalılıq, vitamin və mineral dəyəri olmayan qidaları qəbul etdikdə insanların orqanizmində inkişaf prosesi düzgün getmir. Xüsusilə, dönərin yanında istifadə olunan keççup və mayonezlərin bəzən istehsal tarixi, son istifadə müddəti bilinmir. Çünki böyük qablarda istifadə edirlər, bunlar dönər bişirlən yerdə isti şəraitdə, açıq şəkildə saxlanılır, tərkibi artıq dəyişikliyə məruz qalır. Bu məhsullar da zəhərlənməyə səbəb ola bilər. İstifadə olunan göyərtilərin, tərəvəzlərin təmiz yuyulmaması, eyni zamanda işçi heyətin mütəmadi olaraq sanitar gigiyena qaydalarına əməl etməmələri, tibbi müayinədən keçməmələri belə qidalar hazırlanarkən müəyyən sağlamlıq problemlərinə gətirib çıxarır. Mütləq şəkildə “əlüstü”, yol kənarında satılan, mənşəyi bəlli olmayan qidalardan uzaq durmaq lazımdır. Eyni zamanda dönər satılan məkanlarda vaxtlı-vaxtında dezinfeksiya işləri, həşəratlara, gəmiricilərə qarşı mütəmadi olaraq profilaktik işlər aparılmadıqda yoluxma riski artır, qidanın çirklənməsi nəticəsində zəhərlənmə halları baş verir. Buna görə də alınan məhsulların mənşəyinə, satılan yerin təmiz olub-olmamasına, eyni zamanda satıcının qida ilə bağlı təmasında əlcəkdən istifadə etməsinə, əllərinin təmizliyinə mütləq diqqət etmək lazımdır”. 


Aytəkin Qardaşova 

Tarix: 8 May 2024, 16:41   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12068
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8612
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8571
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2367
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2088
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1893
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1777
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1536
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1169
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
953
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
729
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
471
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Arda dubl etdi - VİDEO
378
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
374
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
365