AZ

Ədalətli qərar

...Qarabəyin Qafqaz canişini Vorontsov – Daşkovun Balaxanıda öz mədəni ilə qonşuluqdakı Yetim Hacı Yusifin “Baba bostanı” sahəsini zəbt edib hasara salandan sonra, yeri necə məharətlə geri almağını, yağlı tikəni sərdarın boğazından bağırda-bağırda çıxarmağını uzun-uzadı tərifləyib öyünürdülər:

“Zarafat deyil, Qarabəy ayını ağladan mığmığadır”. Əhvalat belə olmuşdu.

“Baba bostanı”nı hasara alandan sonra yerin sahibi Yetim Hacı Yusif vəkil tutub işi məhkəməyə verməyi qərara alır və şəhərdə vəkil qalmır ki, müraciət etməsin. Elə ki, vəkil müqabil tərəfin Qafqaz sərdarı olduğunu eşidirdi, o saat qaçırdı, hələ bəziləri eyhamla, zarafatla deyirmiş ki, bu ayı ilə bir çuvala girmək kimi bir şeydir, adamın üz-gözünü cırmaqlayar, qarnını yırtar, boğar, çətin işdir, arxası Nikolay padşaha bağlıdır. Axırda mülk sahibi Yetim Hacı Yusif gedir Qarabəyin yanına, yalvarır ki, əl mənim, ətək sənin, əlimi kəs, amma ətəyini üzmə. Qarabəy razılaşır, birbaşa Peterburqa yollanır, üç-dörd ay əlləşəndən sonra Bakıya senat komissiyası ilə qayıdır. Komissiya üzvlərini mindirir iki faytona, aparır düz hasara alınmış yerin qabağına – Balaxanıya. Komissiya üzvləri yoldan ötən müsəlman, rus, erməni, yəhudilərdən soruşurlar ki, bu yerin adı nədir? Hamı cavab verir ki, Yetim Hacı Yusifin “Baba bostanı”. Həmin adamların adını kağıza yazdırıb qol çəkdirirlər, savadsızlar isə barmaq basırlar. Oradan da komissiya üzvlərini aparır məscidə, orucluğa görə adamlar müqabilədə imiş. Quran oxuyurlarmış. Müqabilə qurtaranda komissiya üzvləri başlayır sorğu-suala, yüzdən çox ağzı oruclu adam qəsəm edib Qurana əl basaraq şəhadət verirlər ki, o yerin adı Yetim Hacı Yusifin “Baba bostanı”dır, ulu babalarından qalma yurddur, nə satıb, nə də heç kəsə bağışlayıb. Komissiya deyənləri qeyd edir, savadlılara qol çəkdirir, qalanları isə barmaqlarını basır.

Qarabəy sabahı gün komissiyanı aparır Sabunçuya, sonra da ətraf kəndlərə və bu qayda ilə arayış yazdırıb imza atdırır və komissiya ilə bərabər dönür Peterburqa, Vorontsov-Daşqov işi uduzur. Qarabəy Peterburqdan Bakıya “Baba bostanı”nın sahibinə qaytarılması barədə qərarla qayıdır və qanunsuz çəkilmiş hasarı Vorontsov-Daşkovun öz işçilərinə də sökdürür. Bu hadisədən sonra Qarabəyin hörməti, nüfuzu birə-min artır, hər yerdə deyirlər ki, Qarabəy Qafqaz sərdarına qalib gəlib, zarafat deyil, Fitilbörkdə Nikolay padşahın yanında hörməti var. İki ildən sonra Yetim Hacı Yusifin “Baba bostanı”nın yerində qazılan quyu elə gurultulu fontan vurur ki, səsi Bakıda eşidilir.

Maraqlıdır ki, Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”-dəki fakt və hadisələr doktor Qarabəyovun əmisi oğlu və bacısının əri vəkil Qarabəy Qarabəyova aiddir. O dövrdə bəy ailələrində dünyaya gələn ilk oğlan uşağına qədim Türk Dilində “böyük” mənasını verən “Qara” adının qoyulması adət halını almışdı.

Hazırladı – Fuad Kamil oğlu

Mənbə : “Qarabəy Qarabəyov” – Aydın Məmmədov

Bakı-2012

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14333
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11320
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9216
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3076
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2619
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2341
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2311
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2166
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1842
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1645
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
811
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
771
Azərbaycan nefti ucuzlaşdı
765
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
725
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
695
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
689
Arda Gülər dayanmır, yenə fərqləndi -
604