AZ

PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu

Peşəkar Futbol Liqası (PFL) və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb.

Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, memoranduma əsasən, şəhid övladlarına diqqət və qayğının göstərilməsi və artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində birgə fəaliyyət əməkdaşlığın əsas məqsədi kimi müəyyən edilib.

Tərəflər öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli və səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək və bu istiqamətdə fəaliyyətlərinin koordinasiyası barədə razılığa gəliblər. PFL bu anlaşmaya əsasən öz bayrağı altında keçirilən oyunlarda (yarışlarda) şəhid övladlarının oyunçularla xüsusi günlərdə (anım günlərində) meydana çıxmasının, o cümlədən onların iştirakının müxtəlif formada təmin edilməsi, şəhid övladları üçün birgə yay düşərgələrinin təşkili, onların arasında sağlam həyat tərzinin, vətənpərvərliyin təbliği yönündə çalışma öhdəliyi götürüb.

Memorandumu PFL prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elgiz Abbasov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12539
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9334
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8757
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2538
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2202
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1968
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1849
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1664
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1247
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1085
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
783
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
549
Arda Gülər dayanmır, yenə fərqləndi -
514
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
445
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
434
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
426
Arda dubl etdi - VİDEO
413
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
403