AZ

“Tartan Ordu”nun Almaniyaya “hücumu” - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 37 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir. Bu həftə A qrupunun komandalarını nəzərdən keçiririk. Meydan sahibi Almaniya və İsveçrə kimi bu qrupun digər komandası Şotlandiya da 1/8 finala iddialıdır.

Erlinq Haland Almaniyaya buraxılmır
Şotlandiya millisinin seçmə mərhələdə ikinci yer üçün mübarizə aparacağı gözlənilən idi. İspaniyanın 1-ci olacağının öncədən də proqnozlaşdırıldığı “beşlik”də britaniyalıların əsas rəqibləri Norveçlə Gürcüstan sayılırdı. “Tartan Ordu” yarışa möhtəşəm startla başlayıb. Ardıcıl 5 qələbə qazanan şotlandlar İspaniyanı də üstələyib. Son üç turdakı xal itkilərinə baxmayaraq Stiv Klarkın yetirmələri 2-ci yeri tutub. Erlinq Halandlı Norveç isə Almaniyadakı final mərhələsindən kənar qalıb.

İlk arzusunda
Bu, Şotlandiya üçün ilk Avropa çempionatı deyil. Hələ ötən əsrdə iki dəfə final mərhələsinə adlayan britaniyalılar AVRO-2020-də də iştirak edib. Üç il əvvəl dünya və qitə çempionatlarındakı uzun həsrətə son qoyaraq XXI əsrdə ilk dəfə final mərhələsi həyəcanı yaşayan “Tartan Ordu” Almaniyaya da ilk arzusu ilə “hücum çəkəcək”. Şotlandiya Avropa çempionatlarındakı ilk üç cəhdində qrupda qalıb. Yığmanın azarkeşləri bu səddi adlamaqla ilkə imza atmağa ümidlidir.

Premyer Liqa ulduzları ilə irəli
Şotlandiya millisinin əksər üzvləri İngiltərə Premyer Liqasında çıxış edir. Komandanın liderləri Endryu Robertson və Skott Maktominay “Liverpu”"la “Mançester Yunayted” kimi nəhənglərin formasını geyinir. Onların yığmanı AVRO-2024-də ən azı qrupdan çıxarmaq ehtimalı yetərincə yüksəkdir. Almaniyanın favorit sayıldığı qrupda İsveçrə və Macarıstanla mübarizədə “Tartan Ordu”da şanssız deyil. Klarkın yetirmələri ən yaxşı qrup üçüncülərinin də 1/8 finala adlaması faktorundan da yararlana bilər. Təbii ki, şotlandlar seçmə mərhələdəki kimi yaxşı starta imza atsa, onlara daha asan olacaq. Amma ilk rəqibin meydan sahibi olması britaniyalıların bu istəyinə mane də ola bilər.

Şotlandiya millisinin qrupdakı oyunları
14 iyun. Almaniya – Şotlandiya
19 iyun. Şotlandiya – İsveçrə
23 iyun. Şotlandiya – Macarıstan

Qeyd edək ki, A qrupunun görüşləri Münhen, Köln, Ştutqart və Frankfurtda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15622
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11804
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9559
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3541
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2999
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2878
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2661
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2326
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1950
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1858
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1317
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
964
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
894
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
882
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
861
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
833
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
772
Mayın ilk gününün havası açıqlanıb
744
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721