AZ

Lopetegi hansı komandanı çalışdıracaq?

Xulen Lopeteginin yeni iş yeri müəyyənləşib. O, növbəti mövsümə İngiltərədə başlayacaq.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. O, 58 yaşlı mütəxəssisin “Vest Hem”lə razılığa gəldiyini, tezliklə tərəflər arasında müqavilə imzalanacağını bildirib. Lopetegi yeni mövsümdən Devid Moyesin yerini tutacaq. London klubu şotland mütəxəssislə müqaviləni yeniləməmək qərarına gəlib.

Lopeteginin sonuncu iş yeri ötən ilin avqustunda tərk etdiyi “Vulverhempton” olub. O, daha əvvəl “Sevilya”, “Real”, “Portu” və İspaniya millisini də çalışdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
football-plus.az

1Mənbələr