AZ

“Yəqin ki, komandada böyük dəyişikliklər olmayacaq” - Baxşıyev “Araz-Naxçıvan”ın gələcəyindən danışdı

Cari mövsümdə uğursuzluğa düçar olan komandalardan biri də “Araz-Naxçıvan”dı.

Qış fasiləsindən sonra eniş yaşayan klubda sular durulmur. Ötən ay Elmar Baxşıyevlə anlaşan “qırmızı-ağlar” az qala hər gün özünü yeni söz-söhbətlərin içində tapır. 43 yaşlı məşqçinin rəhbərliyi altında 4 matça çıxan, 3 məğlubiyyət, 1 qələbə ilə yadda qalan Naxçıvan təmsilçisinin oyunu heç də ürəkaçan deyil. Üstəlik mövsümün sonuna yaxın 8-ci yer də əldən gedib.

Son günlər Elmar bəyin sələfi Azər Bağırovun işindən narazı olmasıyla bağlı xəbərlər gəzir. Guya futbolçuların çıxışından tutmuş klubda qurduğu sistemə qədər hər şey bərbad olub. Maraq üçün bildirək ki, Baxşıyevlə Bağırov 6 ay “Qəbələ”də çiyin-çiyinə çalışıb. Yəni 2020-ci ilin yanvarından iyuluna kimi bərabər fəaliyyət göstəriblər. Xatırlatmaq yerinə düşər ki, Azər bəy klubdan ayrılandan sonra verdiyi açıqlamalarda yeni məşqçiyə və komandaya uğur arzulamışdı. Bəs Elmar Baxşıyev nədən narazı qalıb? Sualı birbaşa mütəxəssisin özünə ünvanladıq. Elmar bəy məsələyə belə reaksiya verdi:

“Komandaya yeni gəlmişəm. Nə narazılıq ola bilər?! Yeni komandadı, gəlmişəm və burdayam. Gələcəkdə nə olacaqsa, ondan danışacağıq. İşim əvvəlki məşqçini müzakirə etmək deyil. Komandada yaxşı futbolçular var. Gələcəkdə hansısa dəyişikliklər olacaqsa, düşünüb planlı şəkildə həyata keçirəcəyik. Burda məşqçinin işini müzakirə etmək fikrində deyiləm. Hələ 3 tur qalıb. Yayla bağlı planlar tərtib edəcəyik. Mövsümün bitməsini gözləyirik. Çempionatın sonunda rəhbərliklə danışıb, nəticəyə uyğun hərəkət edəcəyik. Yəqin ki, komandada böyük dəyişikliklər olmayacaq. Yaxşı futbolçular var. Sadəcə, müəyyən yeniliklər olacaq”.

RÖYANƏ OĞUZ 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12995
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10122
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8881
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2729
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2308
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1785
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1418
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1374
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
918
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
549
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
458
Arda dubl etdi - VİDEO
446