AZ

NATO-dan Makrona ZƏRBƏ: “Fransa bu hərəkəti ilə itkilərinin sayını artırdı”

“Ukraynaya qoşun göndərilməsi ideyası ilk dəfə rəsmi Paris tərəfindən gəldi və bu Fransa prezidenti Emmanuel Makronun öz təşəbbüsüdür”.

Bu fikirləri Yenicag.az-la söhbətində politoloq Tofiq Abbasov deyib.

Siyasi təhlilçi Ukraynaya qoşun göndərilməsi məsələsi və NATO-nun bundan imtinası ilə bağlı Qərb mətbuatında dərc olunan informasiyalara münasibət bildirib.

T. Abbasovun qənaətinə görə, Makron çalışır ki, NATO çərçivəsində də – Avropa İttifaqında da bunu edir – özünü dominant qüvvə kimi qələmə versin:

“Ancaq məsələ burasındadır ki, əksər üzvlər – istər ittifaqda, istərsə də NATO-da Makronun belə yekəxana yanaşmasını, habelə başqalarının adından danışmaq təşəbbüskarlığını qəbul etmirlər, ona görə ki bu, onlara lazım deyil”.

Siyasi şərhçi əlavə edib ki, belə münaqişəli vəziyyətləri beynəlmiləlləşdirmək çox təhlükəli bir tendensiyaya çevrilə bilər:

“Əgər NATO ölkələri öz hərbi birləşmələrini Ukraynaya göndərsələr, artıq bunlar da avtomatik o müharibəyə qatılıb Rusiyaya qarşı çıxış etməyə başlayacaqlar. Burada Rusiyanın əks-tədbirləri də ola bilər. Məsələn, Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahlarının istifadəsi barədə sərəncam verib ki, ordu birləşmələri bu məsələ ilə əlaqədar olaraq, hazırlıq işlərinə başlasınlar. Bu, həm xəbərdarlıq, həm yeni risklərin meydana gəlməsi, həm də Rusiyanın əks-hücum hazırlığına dəlalət edən bir göstəricidir”.

“Ona görə də Fransanın – Makronun bu kimi lazımsız təşəbbüskarlığı, demək olar ki, birmənalı şəkildə əksər NATO ölkələri tərəfindən rədd edilir və bu, bir daha Rusiyaya işarədir ki, onlar bu məsələyə neytral mövqedən yanaşır. Bəlkə də buna neytral demək olmaz, çünki onlar istər-istəməz Ukraynaya silah-sursat göndərib köməkliklər edirlər, lakin bu, o səviyyədə baş vermir ki, artıq Qərb kollektiv surətdə Rusiyaya qarşı səfərbərlik elan etsin. Odur ki, Fransa bu hərəkəti ilə öz imicindəki itkilərin sayını artırdı”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, İtaliyanın nüfuzlu “Corriere della Sera” nəşri bununla bağlı yazır ki, NATO iyulda keçiriləcək sammitdə Ukraynaya qoşun göndərməkdən imtinanı bəyannaməyə daxil etmək niyyətindədir.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12526
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9293
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8741
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2533
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2201
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1967
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1849
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1654
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1243
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1055
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
780
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
549
Arda Gülər dayanmır, yenə fərqləndi -
510
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
445
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
430
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
425
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
402