AZ

Paşinyana qarşı terror ola bilər - Bakıdan XƏBƏRDARLIQ

Ermənistanın Tavuş rayonu istiqamətində işğal olunmuş kəndlərin Azərbaycana qaytarılmasını həzm edə bilməyən Erməni Apostol Kilsəsinin ali şurası bəyanat verib. Bəyanatda ərazilərin birtərəfli qaydada Azərbaycana təhvil verilməsinə etiraz edilib, Ermənistan hakimiyyətinin danışıqlardakı mövqeyinin qəbuledilməz olduğu vurğulanıb. 

Kilsə delimitasiyaya qarşı etiraz aksiyalarını dəstəkləyib. Bu arada Livandakı Böyük Kilikiya Evinin katolikosu I Aram da bütün ermənilərin katolikosu II Qareginlə əlaqə saxlayaraq, Erməni Apostol Kilsəsinin bəyanatını tam dəstəklədiyini bildirib. Bu isə Ermənistanda gərginliyi daga da artırıb. Çünki din xadimlərinin erməni xalqı üzərindəki təsiri danılmazdır.

Bəs ermənilərin dini rəhbərlərinin həmrəyliyi Paşinyan üçün ciddi problem yarada bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu bildirib ki, Ermənistanda kilsə ilə hakimiyyət arasında mübarizə 4 ildir davam edir:

“Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma artıq 4 ildir ki, davam edir. O zaman II Qaregin Paşinyan hökumətinin əleyhinə çağırışlar etməyə başladı. Bu proses indi də davam edir. Onlar Paşinyanı hakimiyyətdən devirmək istəyirlər. Sadəcə, hazırda kilsənin elə bir gücü yoxdur. İndi onlar “vətən” və “Ermənistan” kimi anlayışları ortaya atmaqla, xalqı Paşinyana qarşı qaldırmaq istəyirlər. Məlum olduğu kimi, erməni kilsəsi 3 qola ayrılır. Onlardan ikisi artıq Paşinyana qarşı həmrəyliklə bağlı dəstəyini bildirib. Bu Paşinyan üçün daxildə təhdid təşkil etmir. Çünki son 4 ildə kilsənin istər Rusiya, istərsə də Qərblə əməkdaşlığı heç bir nəticə vermir. Küçələri dolduracaq kritik kütlə toplaya bilmirlər. Belə bir situasiyada erməni kilsəsi Paşinyana qarşı üsyan bayrağı açıb”. 

Tanınmış jurnalist Paşinyana qarşı terrordan istifadə edilməsini istisna etmir:

“Hazırda Ermənistanda baş verən bütün etirazların arxasında erməni kilsəsi dayanır. Keçmiş prezidentlər Köçəryan və Sarkisyan kilsənin bu addımına nə qədər dəstək versələr də, İrəvan küçələrini doldura bilmirlər. Bu baxımdan Paşinyanın və sülh prosesinin yolunu kəsəcək bir qüvvə görünmür. Lakin erməni terroru anlayışı var. Paşinyanı hazırki durumda təhdid edən yeganə amil erməni terrorudur. Bu tarixdə bir dəfə - 1997-ci ildə olub. Terror faktoru Azərbaycanla Ermənistan arasında normallaşma prosesini aradan qaldıra bilər”.

Nazim Hacıyev 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
38
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12995
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10123
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8881
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2729
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2308
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1785
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1418
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1374
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
919
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
550
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
458
Arda dubl etdi - VİDEO
446