AZ

Prezidentlər arasında Aİ-yə üzvlük məsələsi müzakirə hədəfi olacaq

Almaniya və Moldova dövlət başçıları arasında Aİ-yə üzvlük məsələsi müzakirə hədəfi olacaq.

Moldovanın Avropa İttifaqına üzv olması məsələsi Kişinyov üçün önəmli məsələ olaraq qalmaqda davam edir. Bu müstəvidə də mayın 17-də Berlində Almaniya kansleri Olaf Şoltsla Moldova prezidenti Mayya Sandu arasında keçiriləcək görüşdə Kişinyovun Aİ-yə üzvlüyünün tezləşdirilməsi barədə fikir mübadiləsi ediləcək.

Görüş ərəfəsində Şolts mətbuata açıqlamasında Aİ-yə yeni üzvlərin qəbul edilməsini dəstəklədiyini bildirib. Sandu ilə Şoltsun görüşündə həmçinin Ukraynadakı müharibənin də əsas müzakirə hədəfi olacağı gözlənilir.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
oxumeni.az

1Mənbələr