AZ

Azərbaycan Beynəlxalq Zeytun Şurasına üzv qəbul edilib

Azərbaycan zeytun yağı və süfrəlik zeytun istehsal və istehlak edən tərəfləri bir araya gətirən və dünyada yeganə hökumətlərarası təşkilat olan IOC-a (Beynəlxalq Zeytun Şurası) 21-ci üzv kimi qəbul edilib. 

Marja.az xəbər verir ki, bu barədə "Agro Food Investments" şirkəti məlumat yayıb.

Bu qurum BMT-nin himayəsi altında fəaliyyət göstərir.

 "Biz fəxrlə bildiririk ki, Azərbaycanda mövcud 6,000 hektara yaxın zeytun bağlarının 3,000 hektarından çoxu Agro Food Investments qrupunun törəmə müəssəsi olan Grand-Agro şirkəti tərəfindən salınmışdır. Bundan əlavə, bağların salınması üçün lazım olan zeytun tingləri digər törəmə müəssisəmiz Grand-Agro Invitro LLC şirkətində yetişdirilmişdir. Bu da, öz növbəsində, Azərbaycanın zeytun istehsalçısı kimi tanınmasında böyük pay sahibi olmamıza səbəb olumuşdur", - məlumatda deyilir. 

Agro Food Investments qrupu və onun törəmə şirkətləri Azərbaycandakı və dünyadakı istehlakçılara və tərəfdaşlarımızı ən keyfiyyətli zeytun yağı və süfrəlik zeytun ilə təmin etməyi hədəfləmişdir. Hazırda şirkətin Olivea brendi adı altında yüksək keyfiyyətli məhsulları istehlakçılara təqdim olunur. Hazırda zeytun məhsulları İspaniya, İsrail, Rusiya, BƏƏ və digər ölkələrə ixrac olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
marja.az

1Mənbələr