AZ

9 May Qələbə Gününə CƏMİYYƏTİN BAXIŞI - SORĞU

9 May faşizm üzərində Qələbə günüdür. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib.

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.

İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb. Bütün bunlara baxmayaraq bəzi insanlar 9 May Qələbə gününün qeyd olunması əleyhinədir. Bəs, görək şəhər sakinlərinin bu günə münasibəti necədir. SİA mövzu ilə bağlı şəhər əhalisi arasında sorğu keçirərək onların fikirlərini öyrənib.

Şəhər sakini Ləman Atakişiyeva: “Doğrudur, heç mənim atamın yaşı belə həmin illərə təsadüf etmir. Amma təbii ki, hər bir azərbaycanlı kimi 9 may barədə məlumatım var. 2020-ci ildə 44 günlük müharibə nəticəsində biz işğal altında olan torpaqlarımızı, Qarabağımızı azad etdik. Artıq bizim üçün yeni bir Zəfər tariximiz, qələbə günümüz var. Amma 9 May Qələbə gününü də tarixdən silmək olmaz. Fakt budur ki, həmin müharibədə bizim ulu babalarımız olan Vətən oğulları vuruşub, mübarizə aparıb və faşizm üzərində qələbə qazanıblar. Heç kim bu faktı dana bilməz. Bizim üçün bir fəxr olmalıdır ki, qələbə günlərimizin sayı daha da artır. Nəyisə dəyişməyə ehtiyac yoxdur. Hər biri bizim qürur mənbəyimizdir”.

Şəhər sakini Məmməd Abdullayev: “Düşünürəm ki, 9 May Qələbə günü artıq qəlibləşmiş bir tarixdir. Yəni heç qeyd olunmasa belə, həmin tarix yaddaşımızdan silinməyəcək. Ən azından bizim nəslin yaddaşından silinməz. Gələcək nəsilləri isə yönləndirmək, onları tariximizlə, qələbələrimizlə, ağrı-acılarımızla tanış etmək bizim işimizdir. Yeni doğulan uşaqlar 1941-1945-ci illərdə olan hadisələri haradan bilsin? Bu bizim tariximizin bir səhifəsidir. Biz onu cırıb atsaq, tariximiz əksik qalacaq. Biz onu yadırğasaq, gələcək nəsillərin heç bundan xəbəri belə olmayacaq. Niyə özümüz özümüzə bunu edək axı? Azərbaycan qürurlu, başıuca, üzüağ dövlətdir. Hər bir müharibəmizlə, hər bir qələbəmizlə fəxr edirik”.

Şəhər sakini Hicran Əmikişiyeva: “Düşünürəm ki, 9 May Qələbə günü Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edir. Qələbənin əldə olunmasında çox sayda qəhrəmanlarımızın rolu olub. Həm II dünya müharibəsi, həm də 44 günlük Vətən müharibəmiz Azərbaycan xalqının nə qədər fədakar, qəhrəman və cəsarətli olduğunu bütün dünyaya göstərib. Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan övladlarının əvəzsiz rolunu hər zaman yüksək qiymətləndirməliyik. Bu gün Azərbaycan tarixində hər iki hadisə faşizm üzərində Qələbənin simvoluna çevrilib. Bundan sonra nə qədər qələbələr əldə etsək də, 1941-1945-ci illərdə həlak olan ata-babalarımızı da hər zaman yad edəcəyik”.

Şəhər sakini Rüfət Nəbiyev: “9 Mayın faşizm üzərində Qələbə günü olduğunu bilirəm. Çox ətraflı məlumatım yoxdur, amma bilirəm ki, həmin döyüşlərdə azərbaycanlılar da iştirak edib. Bizim qonşumuz babasının həmin müharibədə itkin düşdüyü barədə danışırdı. Ola bilər ki, 1941-1945 döyüşlərində itkilər vermişik. Bu, həmin günü qeyd etməyəcəyimiz mənasına gəlmir. İtkisiz müharibə olmur. Əgər nəticədə qələbə əldə olunursa, itirdiyimiz həmin insanların da ruhu şad olur deyə düşünürəm”.

Şəhər sakini Lamiyə Zeynalova: “Məncə, 9 Mayın Qələbə günü kimi qeyd olunması lazım deyil. Çünki ölkə olaraq bu bizim qalibiyyətimiz hesab olunmur. Düzdü, həmin müharibədə də bizim vətəndaşlarımız iştirak ediblər. Amma nəticədə bu bizim dövlətimiz uğrunda olmayıb. Ona görə də bir azərbaycanlı olaraq mən bu günün qeyd olunmasının əleyhinəyəm. 8 Noyabr varkən niyə 9 Mayı Qələbə günü kimi qeyd etməliyik?! Vətənpərvərliyimizi 8 Noyabr günü göstərməliyik”.

Şəhər sakini Yaşar Şahverdiyev: “9 May Qələbə günü ilə bağlı düşüncələrim müsbətdir. Ümumilikdə qələbələr baş ucalığıdır. Fəxr edirik ki, belə dəyərli günləri qeyd edirik. Qazanılan qələbələrə sahib çıxmaq lazımdır. Qələbə həyat yaradıcılığı üçün önəmlidir. İndiki gənclər də bizim etimadımızı doğruldur. Biz bunun sübutunu 44 günlük müharibədə də, keçən ilin sentyabrında keçirilən antiterror tədbirlərində də gördük. Onların qazandıqları yeni qələbələr bizə yaşamaq üçün ümid verir”.

Şəhər sakini Aytac Ağazadə: “Biz indiki zəmanənin gəncləriyik. Bizim gördüyümüz, yaşadığımız qələbə 8 Noyabr tarixində qazanılıb. 9 May Qələbə gününü nə qədər oxusaq, öyrənsək də, Qarabağımızın düşmən işğalından azad edildiyi günün canlı şahidi olmuşuq. Hər çətinliyi, hər gözəlliyi ilə biz o tarixi günü yaşamışıq. Ona görə də əsas Qələbə günümüzü 8 Noyabr hesab edirəm. Təbii ki, 9 May tarixini qeyd etmək istəyənlərə heç bir etiraz edə bilmərəm. Çünki mənim günün çətinliklərini görən, itkilər verən insanlar da var”.

Şəhər sakini Kamil İsrafilov: “Azərbaycanın igid övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Həmin illərdə də bütün dünya Azərbaycan xalqının cəsarətinin və qəhrəmanlığının şahidi olub. Biz bu günü qeyd etməklə öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk. 9 May Qələbə günü münasibətilə faşizm üzərində qələbəyə töhvələr verən müharibə iştirakçılarımıza can sağlığı, dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirik"

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13304
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10482
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8941
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2814
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2384
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2135
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2013
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1806
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1525
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1459
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
939
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
675
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
660
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
611
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
558
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
525
Azərbaycan nefti ucuzlaşdı
507