AZ

Görkəmli müəllim Minə Kərimovanın 100 illik yubiley mərasimi keçirildi – FOTOLAR » AzadMedia.az


Həyatının 40 ilini pedaqoji fəaliyyətə həsr etmiş, müəllim və ziyalı kimi böyük hörmət qazanmış, ürəklərə, xatirələrə Ana müəllimə kimi köçmüş görkəmli müəllim Minə xanım Kərimovanın 100 illik yubiley mərasimi keçirildi.

Neftçala rayonundakı Aşağı Qaramanlı kənd Mədəniyyət evində təşkil olunan yubiley mərasimində mərhum yubilyarın övladları, şagirdləri, şəhid valideynləri, respublika və rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, təhsil işçiləri, Aşağı Qaramanlı kənd ümumi orta məktəbin şagirdləri iştirak edirdilər. Qeyd edim ki, Minə xanım məhz bu məktədə ibtidai sinif müəllimi kimi çalışıb. Onun çoxsaylı yetirmələri arasında həkimlər, hüquqşünaslar, müəllimlər, iqtisadçılar və digər sənət, peşə sahibləri var.

Yubiley mərasimindən öncə iştirakçılar Aşağı Qaramanlı kəndindəki “Şəhidlər abidəsi”ni ziyarət etdilər. Torpaqlarımızın azadlığı uğurunda canlarını fəda etmiş qəhraman oğullarımızın ruhuna dualar oxudular, abidə önünə gül-çiçək dəstələri qoydular. Daha sonra yubilyarın Aşağı Qaramanlı kənd qəbristanlığındakı məzarı ziyarət olundu.

Yubiley mərasimini təqaüdçü müəllim Ənvər Əliyev idarə edirdi. Mərasimdə çıxış edənlər – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın baş redaktor əvəzi Böyükağa Mikayıllı, şair və yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri Sayman Aruz, Ədliyyə müşaviri Şahismayıl Şıxəliyev, “Şöhrət” ordenli Prezident təqaüdçüsü, əməkdar mühəndis Zeynalabdin Musayev, təqaüddə olan hərbçi Mustafa Qaramanlı, təqaüdçü müəllim, yubilyarın müəllim yoldaşı Böyükağa Məmmədli, təqaüdçü müəllim Rəfael İsmayılov, yubilyarın yaxın rəfiqəsi Solmaz xanım Rəfiyeva, Lyuba xanım çıxış edərək Minə xanım Kərimovanın keçdiyi keşməkeşli və şərəfli həyat yolundan, ötən əsrin 30-cu illərində ailəsi ilə birlikdə sürgündə keçirdiyi ağır illərdən, əsl müəllim, ana, xeyirxah insan kimi müstəsna xüsusiyyətlərindən, milli-mənəvi dəyərlərə, adət-ənənələrə bağlılığından, ehtiramlı münasibətindən bəhs etdilər. Söylədilər ki, Minə xanım məhz bu xüsusiyyətlərinə görə el arasında “Ana müəllimə” deyə çağırılırdı. O, həm müəllim, həm ana, həm də şəxsiyyət kimi cəmiyyətdə bir örnək idi. Minə xanım tanınmış həkim, alim, xeyriyyəçi Akif Kərimov, həkim İsmayıl Kərimov, ekoloq Rauf Kərimov, iş adamı Abı Kərimov kimi ləyaqətli övladlar böyüdərək cəmiyyətə təqdim edib. Onlar böyük bir mahalda xeyriyyəçi kimi tanınmış babaları Ayaz Qənbərovun ocağının odunu şərəflə daşıyırlar.

Mərasiminin sonunda mərhum yubilyarın oğlu, tibb və iqtisad elmləri namizədi, Gürcüstan Milli Elmlər Akademiyasının üzvü, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov çıxış edərək anasının ruhuna göstərdikləri böyük ehtirama görə iştirakçılara minnətdarlığını bildirdi. Qeyd etdi ki, Minə xanım şagirdlərinə öz dogma övladları kimi yanaşır, onların biliklərə yiyiələnməsinə, şəxsiyyət kimi formalaşmasına bütün qüvvəsi ilə çalışırdı. Təsadüfi deyil ki, Minə müəllimin yetirmələri həyatımızın müxtəlif sahələrində uğurla fəaliyyət göstərərək ləyaqətli insan, bacarıqlı mütəxəssis səviyyəsinə yüksəliblər.

Akif Kərimov qeyd etdi ki, bu gün Minə xanımın ocağında onun nəvə və nəticələri böyüyür. Onlar elmə, mədəniyyətə, təhsilə ehtiram ruhunda tərbiyə olunurlar.

Tədbirdə Aşağı Qaramanlı kənd ümumi orta məktəbin şagirdlərinin ifasında bir-birindən maraqlı kompozisiyalar nümayiş olundu, şeirlər səsləndirildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
16350
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12069
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9746
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3804
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3313
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2985
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2804
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2425
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2021
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1999
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1439
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1037
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
939
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
931
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
915
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
912
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
789
Mayın ilk gününün havası açıqlanıb
782
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721