AZ

"Sponsor yoxdur, yaxşı olar ki, AFFA bu klublara güzəştə getsin"

«Mən AFFA-nın yeni rəhbərliyinin aşağı liqa klublarına diqqəti bir qədər də artıracağını gözləyirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

II Liqada ilk mövsümü arxada qoymaq üzrə olan klubun rəhbəri növbəti «futbol ili» ilə bağlı təklifini səsləndirib:

«Bilirsiz ki, I Liqa iştirakçılarına illik olaraq 300 min, I Liqa iştirakçılarına 50 min manat ayrılır. Bu, ciddi məbləğdir.

Mən dövlət təşkilatlarına, AFFA və PFL-ə təşəkkür edirəm ki, klublara belə bir dəstək verirlər. Əsas problem klubların özləriylə bağlıdır.

Əksəriyyətinin sponsoru yoxdur. Dövlət dotasiya ayırmasa, onların çoxu bir gecənin içində fəaliyyətini dayandıracaq.

Bu problemin həlli vacibdir. Növbəti mövsümdən Premyer Liqa, I Liqa və II Liqaya maliyyə dəstəyinin daha da artacağını fikirləşirəm.

Yəqin ki, bu istiqamətdə qərarlar veriləcək. Bununla paralel, ayrılan vəsaitin xərc istiqamətlərində dəyişikliyə ehtiyac var.

Həmin məbləğ əsasən maaşların ödənilməsi üçün nəzərdə tutulur. Klubların xərc istiqamətləri müxtəlifdir.

Futbolçuların və məşqçilərin maaşını ödəməklə iş bitmir. Nəqliyyat, geyim, qida və digər məsrəflər var.

Yaxşı olar ki, AFFA bu istiqamətdə klublara güzəştə getsin, onların problemlərinin həllinə kompleks yanaşsın.

Məsələn, komandaların nəqliyyat xərcinin ödənilməsinə kömək göstərilməsi. Məsələn, bütün aşağı liqa klublarının forma dəstləri ilə təminatı.

Bildiyimə görə, AFFA geyimləri xaricdən sifariş edib gətirir. AFFA bu malı Azərbaycana gətirəndə əlavə gömrük ödəməsindən azaddır.

Klublar isə təkcə buna görə ikiqat xərcə düşür.

Biz «Dinamo»nun geyimlərini Türkiyədən sifariş edib gətirmişik. Xeyli məbləğ ödəmişik.

AFFA bütün klublar üçün geyim təşkil eləsə, hamının ödəmə yükü kifayət qədər azalar. Bu da aşağı liqada çıxış edənlərə böyük kömək olar».

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14513
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11401
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9272
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3149
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2651
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2437
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2407
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2194
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1862
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1701
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1226
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
838
Azərbaycan nefti ucuzlaşdı
811
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
791
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
746
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
719
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
699
Mayın ilk gününün havası açıqlanıb
617