AZ

“Doğma komandamızın hazırkı durumu məni çox utandırır”

"Neftçi" komandasının veteran futbolçusu kimi doğma komandamızın hazırkı durumu məni çox narahat edir, hətta utandırır. Zənnimcə, bunun bir sıra səbəbləri var. Bunlardan ən vacibi, tez-tez həyata keçirilən baş məşqçi dəyişikliyidir və bu məqam komandanın bugünkü performansına çox pis təsir edir. Hər məşqçi komanda üzərində təcrübələr aparır və bu öz növbəsində, oyunçulara çətinliklər yaradır".

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri vaxtilə "Neftçi"nin, eyni zamanda, Naxçıvanın "Araz" klubunun formasını geyinmiş veteran futbolçumuz Adil Hüseynov deyib.

O, komandanın hazırkı durumundan narazılığını dilə gətirib: "Hal-hazırda məşqçi dəyişikliklərinin komandaya heç bir faydası yoxdur. Heç birimiz  məğlubiyyətdən sığortalanmamışıq. Nə olursa olsun, ləyaqətlə uduzmağı bacarmalısan. Lakin, əfsuslar olsun ki, "Neftçi" komandasının məşqçiləri  "Qarabağ" komandasına məğlub olduğu oyunların düzgün analizini edə bilmədilər. İndi onlar nə desələr də, bunlar sadəcə bəhanələr və özlərinə haqq qazandırmaq cəhdləridir. Futbolda yeganə fakt tabloda görünən rəqəmlərdir. Beş və ya daha az top fərqi ilə uduzmağınızdan asılı olmayaraq, məğlub olmaq hər dəfə eyni dərəcədə məyusedicidir. Demək istəyirəm ki, oyunçular üçün  fərqli məyusluq səviyyələri yoxdur. Yalnız iki seçim var: qazanmaq və ya itirmək.

Bəs "Neftçi" və onun futbolçularına nə oldu? Komanda  niyə futbol oynamağı dayandırdı? Niyə komandanın əsas gücü olan, oyun zamanı "12-ci oyunçu" funksiyasını yerinə yetirən "Forza Neftçi" fan-klubu ilə münasibətlər bu dərəcədə gərgindir? Biz bu suallara cavab almalıyıq, nəinki məşqçilərdən və futbolçulardan, o cümlədən, komandanın rəhbərlərindən, çünki bu, bütün  sistemin uğursuzluğudur. Bu situasiyada isə azarkeşi qətiyyən qınamaq olmaz. Komanda həmişə qızıl medallar uğrunda mübarizə aparıb, Azərbaycan futbolunun siması olub. Amma bu gün Azərbaycanın orta səviyyəli komandası "Neftçi"ni asanlıqla məğlub edir. Bütün bu bu məğlubiyyətlər ciddi problemə çevrilib, futbolçuların bacarıq və qabiliyyətlərinə, onların özlərinin və azarkeşlərin psixologiyasına təsir edir. Bu uğursuzluqları aradan qaldırmaq üçün "Neftçi" komanda kimi hazırlanması sistemində əsaslı  dəyişikliklər lazımdır və futbolçulara  mənəvi-psixoloji dəstək göstərilməlidir".

Qeyd edək ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti olan sabiq futbolçu Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvüdür.

Daha sonra Adil Hüseynov "Neftçi"də oynadığı illərdəki fotolarını bizə təqdim edib:

Bu şəkil 70-ci illərdə "Neftçi" komandası təlim-məşq bazasında çəkilib. Fotoda "Neftçi"nin Rəhmanov, Namazov, Kramarenko , Cavadov, Qurbanov, Smolnikov və digər əfsanəvi futbolçuları yer alır:
Bu fotoda isə Adil Hüseynov, Bəxtiyar Qulamov və komandanın rəisi Gulbala Allahverdiyev var:

Şəkildə Adil Hüseynov, Səməd  Qurbanov, Telman Əzizov , Səmədağa Şıxlarov və Tofiq Abbasov...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17822
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12736
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10112
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4371
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3977
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3298
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3127
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2676
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2322
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2129
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1611
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1114
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1024
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
994
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
993
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Mayın ilk gününün havası açıqlanıb
898
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
797