AZ

Rusiya ordusu Ukraynada daha iki kəndi ələ keçirib

Rusiya hərbçiləri 24 saat ərzində Donetsk vilayətinin Novokalinovo və Xarkov vilayətinin Kislovka yaşayış məntəqələrini ələ keçirib.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


“Mərkəz qoşun qruplaşmasının bölmələri uğurlu əməliyyatlar nəticəsində Novokalinovo qəsəbəsini tamamilə azad edib”, - deyə vurğulanıb.


Qeyd olunub ki, Qərb qoşun qrupunun bölmələri fəal tədbirlər nəticəsində cəbhə xəttində vəziyyəti yaxşılaşdırıb və Xarkov vilayətində Kislovka kəndini azad edib.



Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla