AZ

Ançelotti "Real"da Zidanı ötüb

Dünən "Real Madrid" vaxtından əvvəl 2023/24 mövsümü üçün İspaniya çempionu olub.

90deqiqe.Az-ın məlumatına görə, Karlo Ançelotti üçün bu kubok Los Blankosun baş məşqçisi kimi 12-ci olub. Bu göstəriciyə görə o, 11 kubok qazanan komandanın sabiq çalışdırıcısı Zinəddin Zidanı ötüb.

Xatırladaq ki, Ançelotti 2013-2015-ci illərdə "Real Madrid"ə rəhbərlik edib, 2021-ci ildə isə Zidanı əvəz edərək kluba qayıdıb.

34 turdan sonra "Real" İspaniya çempionatının turnir cədvəlində liderdir. Los Blancos 87 xal toplayıb. Mayın 8-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək Çempionlar Liqasının ikinci yarımfinal oyunu çərçivəsində "Real Madrid" "Bavariya"nı qəbul edəcək.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
90deqiqe.az

1Mənbələr