AZ

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

İsmayıllı, 8 may, Rəşad Türkoğlu, AZƏRTAC

Birinci Qarabağ müharibəsinin şəhidi Ağayev Ayaz Həbulla oğlunun nəşi İsmayıllı rayonunun Hacıhətəmli kəndində torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Ayaz Ağayevin nəşi bu gün doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Hacıhətəmli kəndinə gətirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də İsmayıllı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhid kənd qəbiristanlığında, atasının yanında dəfn edilib.

1975-ci ildə İsmayıllının Hacıhətəmli kəndində anadan olan Ayaz Ağayevin həqiqi hərbi xidmətə çağrış dövrü birinci Qarabağ müharibəsinə təsadüf edib. Şəhidin qardaşı Eynulla Ağayevin sözlərinə görə, 1993-cü ildə ordu sıralarına daxil olan qardaşından sonuncu dəfə 1994-cü ilin yanvarında xəbər alıblar. Döyüş yoldaşlarının dediyinə görə, Ayazın son döyüşü Füzulinin Şükürbəyli, Əhmədbəyli və Aşağı Abdurrəhmanlı kəndləri ətrafında olub. O, döyüşlərin birində yaralanıb və sonradan barəsində heç bir məlumat alınmayıb.

Şəhid Ayaz Ağayevin atası Həbulla Ağayev İkinci Dünya müharibəsinin iştirakçısı olub. Torpaqlarımızın işğaldan azad edildiyinə şahidlik etsə də, oğul həsrəti ilə iki il əvvəl vəfat edib.

Qeyd edək ki, Ağayev Ayaz Həbulla oğlu Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum əsgər kimi dəfn edilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11836
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8571
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8021
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2293
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2015
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1853
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1749
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1453
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1102
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
872
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
706
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
503
Arda Gülər dayanmır, yenə fərqləndi -
456
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
421
Arda dubl etdi - VİDEO
367
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
363
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
361
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
352