AZ

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

Səttar

Bakı, 8 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirdə məqsədimiz müxtəlif sahələrdə çalışanlar üçün layiqli iş yerlərinin, normal iş şəraitinin yaradılmasına nail olmaqdır. Bu günə qədər 25 mindən artıq müəssisə "İlin ən yaxşı müəssisə və təşkilatı" adı uğrunda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün 2250 təşkilat bu nominasiyada iştirak edib. Onlardan, sadəcə, 67-si bu ada layiq görülüb. Qalib olan təşkilatlar öz müəssisələrində normal iş şəraitinin yaradılması üçün çalışıb”,- deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
Mənbələr
Şərh ()
Bağla