AZ

Mircavadov: “Neftçi”yə gəlincə, açığı, bərbad oynayır”

“Qarabağ”ın ölkəmizi Çempionlar Liqasında təmsil edəcəyi aydındısa, avrokuboklara qalan üç vəsiqə uğrunda 4 komanda – “Zirə”, “Sabah”, “Sumqayıt” və “Neftçi” mübarizə aparır.

Bəs onlardan hansı kənarda qalacaq? Eyni zamanda avrokuboklardan kənarda qalmaq “Neftçi” üçün faciə olmayacaqmı? Bu suallarla bağlı məşqçilər sexinin ağsaqqallarından Ağasəlim Mircavadovun fikirlərini öyrəndik:

“Məncə, ən yaxşı şans “Zirə”dədi. İndiki durumdaoyun yox, nəticə haqda düşünmək lazımdı. Ona görə də kimin fiziki durumu, hərəkəti, istəyi olsa, o da vəsiqə qazanacaq. “Zirə”də bu istəyi görürəm. Əsasən məni maraqlandıran 35-ci turun “Sabah” - “Sumqayıt” oyunudu, orda çox məsələ həll olunacaq. “Zirə” son turda “Turan Tovuz”u udmaqla şansını artırdı. “Neftçi”yə gəlincə, açığı, bərbad oynayır. Futbol elə oyundu ki, istək olmalıdı, amma mən “Neftçi”də bunu görmürəm. Orda anadan olmuşam, oynamışam, işləmişəm və indiki uğursuqluqlar mənə çox ağır gəlir. İndi də görürəm ki, bəzi klublarda oyunçular məşqçiyə görə oynayırlar və udurlar. Amma bunu “Neftçi”də görmürəm, cünki hər 6 aydan bir baş məşqçi dəyişir. Gələn məşqçi şəraiti düzəltməlidi. Mən bunu nə əvvəlkində, nə də indikində görürəm, oyunçular həvəssiz oynayırlar. Klubda çoxlu dəyişiklik olmalıdı”.

ELMİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla