AZ

“Bolt”da qiymət artdı


Sosial şəbəkələrdə “Bolt” taksi şirkətinin sifarişlərin qiymətini 10% qaldırması barədə məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, şirkətdən Oxu.az-ın sorğusuna cavab olaraq qiymətin qalxması faktını təsdiqləyiblər.
Bildirilib ki, qiymət 10% yox, 9% qalxıb.
Qyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istismarı qadağandır. Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır.
“Qeyd olunan proses davam edəcək. Əlavə olaraq bildirək ki, sistemdə sifarişlər “tələb-təklif” prinsipi əsasında formalaşır.
İstehsal tarixi 15 ilə qədər olan nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda quvvədədir. 1 iyul 2024-cü il tarixindən etibarən isə yalnız istehsal tarixi səkkiz ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcək”, - deyə şirkətin səlahiyyətli nümayəndəsi bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
29
Mənbələr
Şərh ()
Bağla