AZ

“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı

İnflunser agentliyinin rəhbəri Aliyə Cəlil ilə müsahibə

Məsləhətə hər zaman ehtiyac duyulub. İnsanlar tarix boyu hansısa qərar qəbul edərkən fikirlərinə önəm verdikləri şəxslərin rəyini öyrənməyə çalışıb. Mütəxəssislərin, tanınmış şəxslərin tövsiyyələri isə hər zaman dəyərli olub. Marketinqin inkişafı ilə məsləhət amili kommersiya sahəsində müxtəlif formalarda istifadə olunub. Son illərdə isə tövsiyyə anlayışı marketinqdə “influnser” (“influencer”) adıyla ayrıca bir qola, funksiyaya çevrilib.

Bəs, influnser kimdir? İnflunser marketinq necə işləyir?

Bu haqda “A-Zone” influnser agentliyinin direktoru Aliyə Cəlil ilə müsahibəni təqdim edirik:

“İfluenserlər istənilən sosial media platformasında (Instagram, TikTok, Youtube və s.) və ya şəxsi sayt – bloq yaradaraq onun üzərindən  məzmun yaradan, paylaşan şəxslərdir  Onlar daim aktivdir, izləyiciləri ilə mütəmadi fikir alış-verişi, müzakirələr edir və öz təcrübələrini bölüşür. Bunun nəticəsində influnserin paylaşdığı məzmuna uyğun, maraq dairəsi ətrafına yığışan kütlə formalaşır. İnfluenserlər bu kütlənin davranış və seçimlərinə təsir edən şəxslərdir deyə bilərik. İnflunserlər çox vaxt müəyyən dar bir mövzu (niş) üzrə ixtisaslaşırlar və bu sahədə həvəsli və bilikli olduqları üçün izləyiciləri tərəfindən etibarlı mənbələr hesab olunurlar. Bu cür nüfuzlu şəxslər brendlərlə əməkdaşlıq edərək iməhsul və ya xidmətləri tanıdır və markaların hədəf auditoriyalarına daha orqanik şəkildə çatmasına şərait yaradırlar.

İnflunser marketinqin getdikcə artan populyarlığını ən sadə formada, büdcələrlə ölçmək olar. Bu sahəyə dünyada xərclənən büdcələr haqda məlumat müvafiq mənbələrdə belədir: 2016-cı ildə 1-1.5 milyard, 2022-ci ildə 14-16 milyard, 2023-cü ildə 20-22 ABŞ dolları təşkil edib”. 

İnflunser marketinqin digər marketinq metodları ilə müqayisədə hansı fərqləri var? Xüsusən, ənənəvi marketinq formalarına nisbətdə hansı xüsusiyyətləri ilə önə çıxır?

Ənənəvi reklam üsullarından fərqli olaraq, influnser marketinqdə məhsul və ya xidmət istehlak edilərək, sınanaraq (öz üzərində göstəriləcək) reklam edilir. Bəzən isə sadəcə influnserlər markanın siması seçilərək, həmin şəxsi sevən, inanan və rəğbət bəsləyən, seçim və fikirlərinə etibar edən izləyicilər tərəfdən maraq göstərilməklə nəticələnir.

Markalar influencerlərin statistik göstəricilərini analiz edib (cins, yaş, ölkə, şəhər və s. üzrə) məzmununa nəzər yetirərək artıq onu izləyən kütləni müəyyənləşdirib öz hədəf kütləsinə daha asan çata bilir.

Digər faktor isə etibardır. İzləyicilər təsir edənləri etibarlı mənbələr kimi görür və tövsiyələrini daha çox qiymətləndirirlər. Buna görə də, influnserlərin brendləri tövsiyə etməsi istehlakçıların satın alma qərarlarına müsbət təsir göstərir.

Markalar əgər doğru iş prinsipi qurbsa və məqsəd brendin sosial media səhifələrinin trafikinin artırılımasına fokuslanırsa (əməkdaşlıq detalları bunun üzərində qurulmalıdır) bu halda brendlərlə əməkdaşlıq edən influenserlərin məzmunun nəticəsində daha asan və sürətli yüksək traffik əldə olunur. Bu da, brendlərin onlayn fəaliyyətini, yadda daha çox qalmasını, marka imicini gücləndirir.

İnflunserlərlə işləməyə yeni başlayan və ya indiyədək bu sahədə təcrübəsi olmayan şirkətlərə nə tövsiyyə edərdiniz?

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
3
Mənbələr
Şərh ()
Bağla