AZ

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Azərbaycanın multikulturalizm siyasətindən və ənənələrindən, bu istiqamətdə qazanılan nailiyyətlərdən danışıb. İ.Fəhmi Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizin, həmçinin ölkəmizdə yaşayan digər millətlərin və xalqların hüquqlarının və adət-ənənələrinin qorunmasında multikulturalizmi vacib sahələrdən biri kimi dəyərləndirdiyini diqqətə çatdırıb.

Sonra AYB-nin sədri Anar qurumda multikulturalizm məsələləri üzrə işin icrasını tanınmış şair Xatirə Fərəcliyə həvalə etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

X.Fərəcli Ümummilli Liderin ömür yolundan bəhs edərək onun ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə təmkinin itirməyən və dəqiq, mühüm qərarlar verən bir lider olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edib və fəaliyyətinin bütün sahəsində olduğu kimi, multikulturalizm sahəsində də nəinki Azərbaycana, hətta dünya siyasətinə öz töhfələrini verib.

Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra digər çıxışlar olub.

Tədbirdə çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, tarix elmləri doktoru, professor, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir, Azərbaycan Milli Konservatoriyasının Humanitar fənlər kafedrasının müdiri Firudin Qurbansoy, AYB-nin kadrlar şöbəsinin sədri Arifə Əliyeva, İsrail-Azərbaycan Şahdağ Təşkilatının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri İsmayıl Zalov, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili və digərləri Ulu Öndərin həyatı və fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, Azərbaycanın dünyada multikulturalizm və tolerant ölkə kimi tanındığını vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6865
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6565
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1185
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1014
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1011
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
996
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
990
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
581
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
377
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
300
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
230
Arda Gülər dayanmır, yenə fərqləndi -
194
Arda dubl etdi - VİDEO
179
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
166
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
148
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
147
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
118
“Mançester Siti” İngiltərə çempionu olub
116