AZ

Aqiyə Naxçıvanlı: “Azərbaycan Avropada strateji tərəfdaşlarının sayını artırır”



“Bu ilin 7 may tarixi Slovakiya-Azərbaycan əlaqələrinin yeni mərhələyə yüksəlişi ilə əlamətdar oldu. Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin Avropada strateji tərəfdaşlarının sayının daha bir ölkə artmasına səbəb olacaq. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimindən sonra mətbuata Slovakiyanın Baş naziri ilə birgə verdiyi bəyanatında xüsusi olaraq vurğuladı ki, “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi və ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran siyasi sənəddir. Bəyannamədə əks olunan maddələr tərəflərin niyyətini əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Həmçinin iki ölkənin dövlət və hökumət başçıları arasında keçirilmiş həm təkbətək görüş əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir çox mühüm məsələlər müzakirə edilib və siyasi əlaqələrin yüksək səviyyədə olması bir daha təsdiqlənib.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat daha sonra bildirib ki, Azərbaycanın Slovakiyaya təbii qaz ixrac etməyə başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində rolunu daha da artıracaq: “Öz çıxışında cənab Prezident İlham Əliyev Azərbaycan ilə Slovakiya arasında energetika sektorunda əməkdaşlığın geniş müzakirə edildiyini diqqətə çatdırdı. Azərbaycan bu gün səkkiz ölkəyə öz təbii qazını ixrac edir və hazırda belə deməyə əsas var ki, doqquzuncu ölkə məhz Slovakiya olacaq. Qeyd etmək lazımdır ki, keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Lakin Azərbaycan – Slovakiya əməkdaşlıq əlaqələri təkcə enerji sektoru ilə məhdudlaşmır. Bu əməkdaşlığın daha bir önəmli istiqaməti də ölkəmizin işğaldan azad edilmiş ərazilərində Slovakiya şirkətinin fəaliyyəti ilə bağlıdır. Cənab Prezident İlham Əliyev bu məsələyə öz çıxışında xüsusi toxunaraq bildirdi ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması məhz Slovakiya şirkəti tərəfindən icra ediləcək. Təbii ki, bu qərar ilk növbədə ölkələrimiz arasında əlaqələrin səmimiliyinin göstəricisi kimi çıxış edir. Digər tərəfdən də, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanların böyük sevincinə səbəb olacaq” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9366
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7685
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1452
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1416
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1384
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1376
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
835
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
605
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
456
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
452
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
421
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
360
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda dubl etdi - VİDEO
281
Arda Gülər dayanmır, yenə fərqləndi -
279
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
254
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
202
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
200
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
199