AZ

Pensiyalarla bağlı vacib xəbər, taksi qiymətləri bu qədər artdı - XƏBƏR

Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb. Sağlamolun.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.
Məsələ ilə bağlı “Bolt” taksi şirkətinə sorğu ünvanlanıb. Şirkətin səlahiyyətli nümayəndəsi Oxu.Az-ın sorğusuna cavab olaraq qiymətin qalxması faktını təsdiqlədi. Onun sözlərinə görə, qiymət 10% yox, 9% qalxıb. Açıqlamada qeyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istismarı qadağandır. Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır. “Qeyd olunan proses davam edəcək. Əlavə olaraq bildirək ki, sistemdə sifarişlər “tələb-təklif” prinsipi əsasında formalaşır.  İstehsal tarixi 15 ilə qədər olan nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda quvvədədir. 1 iyul 2024-cü il tarixindən etibarən isə yalnız istehsal tarixi səkkiz ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcək”, - deyə açıqlamada qeyd olunur. *** Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyalarını ödəyib. Sağlamolun.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
29
Mənbələr
Şərh ()
Bağla