AZ

Nazirə hücum etdilər

Almaniyanın Berlin əyalətinin iqtisadiyyat naziri Franziska Giffinin kitabxanada naməlum şəxsin hücumu nəticəsində yüngül xəsarət aldığı bildirilib.

"Cebhe.info" xəbər verir ki, Berlin polisinin verdiyi açıqlamaya görə, dünən Rudov səmtindəki Alt-Rudov küçəsindəki kitabxanada bir şəxs Sosial Demokrat Partiyasının (SPD) naziri Giffinin baş və boynuna içərisində bərk əşya olan çanta ilə zərbələr endirib.

Hücum edən şəxs hadisə yerindən qaçarkən, Giffey baş və boyun ağrıları səbəbindən xəstəxanada ambulator olaraq müalicə olunub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
cebheinfo.az

1Mənbələr