AZ

Yollarda nişanlanma xətləri ilə bağlı problemlər var – Ərşad Hüseynov

Yollarda nişanlanma xətləri ilə bağlı problemlər var – Ərşad Hüseynov

Yollarda piyada keçidlərinin rənglənməməsi ilə bağlı vətəndaşlardan gələn şikayəti dərc etmişik.


Xatırladaq ki, AFN.az-ın redaksiyasına müraciət edən Bakı sakinləri paytaxtın əsas küçə və prospektlərində piyada zolaqlarının uzun müddət rənglənməməsindən narazılıqlarını bildiriblər. Bununla bağlı çoxlu sayda foto da təqdim edilib. Bildirilir ki, yollarda piyada zolaqlarına nəzarət və qulluq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) keçəndən bəri bu istiqamətdə ciddi çatışmazlıqlar müşahidə edilir. Bəzi hallarda zolaqlar tamamilə itib gedir, yenidən rənglənmir. Nəticədə isə yollarda təhlükəli vəziyyət yaranır.
Bəs yol zolaqlarına qulluq hansı formada aparılır? Zolaqlar hansı müddətdən bir yenilənməlidir? AYNA-nın bu istiqamətdə fəaliyyəti niyə zəifdir? Mövzu ilə bağlı AFN.az-ın suallarını cavablandıran nəqliyyat məsələləri və yol-hərəkət qaydaları üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, Bakının və iri şəhərlərin bir çoxunda nişanlanma xətləri ilə bağlı problem var: “Çox təəssüf ki, hələ bu istiqamətdə mükəmməllik görmürük. Kəm-kəsirlər var və bəzən çoxalır. Bu işə nəzarət olmalıdır. Yol hərəkətinin təşkili bir təsərrüfatdır, orda həmişə əl gəzməlidir. Problemlər, çatışmazlıqlar, qüsurlar aradan qaldırılmalıdır, amma çox təəssüf ki, belə deyil. Son dövrlərdə özünəməxsus bir proses getdi: Bakı Nəqliyyat Agentliyi adətən bu işlə sifarişçi kimi məşğul olurdu, dövlət adından. İndi həmin səlahiyyətlər ötürüldü Yerüstü Nəqliyyat Agentliyinə. Ola bilsin orada təşkilatlanma işləri hələ davam edir. Amma təşkilatlanma getsin, institusional dəyişikliklər olsun, bu, öz yerində, amma boşluq olmamalıdır, fasilə yaranmamalıdır. Bu proses həmişə davam etməlidir, çünki bu, yol hərəkəti təhlükəsizliyi, yollarda fasiləsiz hərəkətlə birbaşa bağlı olan məsələdir”.
Ə.Hüseynovun sözlərinə görə, piyada zolaqlarına qulluq və nəzarətlə bağlı dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da standartlar var: “Bizdə də sovet dövründən qalma standartlar var. Həmin standartlara görə, ildə ən azı yol nişanlarına, o cümlədən də hərəkət zolaqlarına baxışlar keçirilməlidir, qüsurlar varsa aradan qaldırılmalıdır. Üstəgəl, bütün ilboyu, daim haradansa siqnal gələrsə təsərrüfatla məşğu olan qurum gəlib onu aradan qaldırmalıdır. Məsələn, yol patrul xidmətinin əməkdaşları ərazidə xidmət edirlər, müşahidə aparırlar, noqsanları çıxarırlar, gördülər ki, zolaq silinib, aidiyyatı quruma xəbər verməlidirlər. Həmin qurum da problemi dərhal aradan qaldırmalıdır, daha hansısa müddətin bitməsini gözləməməlidir. Bütövlükdə isə dediyim kimi, ildə ən azı iki dəfə monitorinqlər aparılmalı, ümumi vəziyyət müşahidə edilməlidir”.

HƏBİBƏ


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11290
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8372
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
6596
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2020
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1825
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1744
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1610
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1283
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
947
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
820
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
643
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
446
Arda Gülər dayanmır, yenə fərqləndi -
420
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
402
Arda dubl etdi - VİDEO
330
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
327
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
318
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
283