AZ

İsmayıllıda Birinci Qarabağ müharibəsində itkin düşən şəhidlə vida mərasimi keçirilir - VİDEO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Ağayev Ayazla vida mərasimi keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhidlə İsmayıllının Hacıhətəmli kəndindəki evində vida mərasimi keçirilir.

Şəhid Ayaz Ağayevin qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Ağayevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
7
Mənbələr
Şərh ()
Bağla