AZ

Şəhidimiz Lənkəranda torpağa tapşırılıb - Fotolar

Şəhidimiz

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Habil Oruc oğlu İsmayılovla Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub.

Reyting.az
“Report”-a istinadla xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, Lənkəran Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Habil Oruc oğlu İsmayılov 1975-ci il mayın 26-da anadan olub. O, 1994-cü ilin yanvarın 27-də Xocavənd rayonunun “Şişqaya” yüksəkliyi istiqamətində itkin düşüb və Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.

Allah rəhmət eləsin!





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
Mənbələr
Şərh ()
Bağla