AZ

Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü alqışlayır- Zaxarova

Bakı. Trend:

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın10-da Almatıda keçiriləcək görüşünü alqışlayır.

Trend xəbər verir ki, bu barədə bu gün Rusiya XİN-in mətbuatxidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanıbildirib.

“Moskva Ermənistan-Azərbaycan prosesinin normallaşmasınınirəliləməsinə yardımı davam etdirməyə hazırdır. Bu məsələlərhəmçinin, Putin və Paşinyanın bugünkü danışıqlarınıngündəliyindədir”, - o deyib.

Qeyd edək ki, daha öncə əldə olunmuş razılaşmalara əsasən,2024-cü il mayıən 10-da Almatıda Azərbaycan və Ermənistan xariciişlər nazirləri arasında danışıqlar aparılacaq.

Xatırladaq ki, aprelin 30-da Qazaxıstan XİN-in rəsmi nümayəndəsiAybek Smadiyarov Bakı və İrəvanın Almatıda danışıqlarda öziştirakını təsdiqlədiyini demişdi.

Daha əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycanvə Ermənistan arasında danışıqlar keçirmək üçün meydança təklifedib.

"Azərbaycan Respublikası və Ermənistan RespublikasınınQazaxıstan tərəfinin təklifi ilə iki dövlət arasında sülh sazişininhazırlanması üzrə xarici işlər nazirlərinin danışıqlar keçirməkbarədə razılaşmasını alqışlayıram. Bu mühüm tədbirin 1991-ci ilindekabr ayında MDB ölkələrinin müstəqil inkişafının əsaslarınımöhkəmləndirən və dövlətlərarası sərhədlərin müəyyən edilməsiprinsiplərini təsdiqləyən tarixi Alma-Ata bəyannaməsininimzalandığı Almatıda keçirilməsi simvolikdir. İnanıram ki,qarşıdakı görüş Azərbaycan-Ermənistan razılaşmalarının praktikadareallaşdırılacağına xidmət edəcək və Cənubi Qafqazda tezlikləmöhkəm və uzunmüddətli sülhün bərqərar olmasına imkan yaradacaq", -Tokayevin bəyanatında deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
2
Mənbələr
Şərh ()
Bağla