AZ

Gürcüstanda iqtidar dəyişikliyi: "Rəngli inqilab" planı işə düşdü

Tiflisdə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı nümayişlərin təşkilatçıları Ukrayna tərəfdən ruslara qarşı döyüşən gürcü könüllüləri də cəlb etməklə təxribatlar hazırlayırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında deyilir.

“Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqlərdə bir qrup insan dağıdıcı və zorakı ssenarilər əsasında təxribatlar təşkil etməyə çalışırlar. Onlar xaricdən, xüsusən də parlament və parlamentdənkənar partiyalar və qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşdirilir. Xaricdə yaşayan Gürcüstan vətəndaşları, xüsusən də Ukraynada döyüşən gürcülərin müəyyən hissəsi bu cinayət proqramlarında iştirak edirlər”, - bəyanatda bildirilir.

Gürcüstan DTX iddia edir ki, etirazların təşkilatçıları xaricdən kriptovalyuta şəklində pul alırlar:

“Xarici maliyyə cinayət layihələrinin həyata keçirilməsi üçün kriptovalyuta izləri gizlətmək üçün istifadə olunur. Aprelin sonunda əcnəbi təlimatçılar kriptovalyuta əməliyyatları üzrə treninq keçiriblər və bu təlim zamanı aksiyanın təşkilatçılarına radikal aktlar üçün gizli yolla maliyyə vəsaiti almaq tapşırılıb. Bu etirazların təşkilatçılarının məqsədi hakimiyyəti zorla ələ keçirməkdir”.

Qurum qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları aksiya təşkilatçılarının xüsusi aqressiyasının hədəfinə çevrilirlər:

“Onları ruhdan salmaq, qızışdırmaq üçün “rəngli inqilablar”ın təşkili ilə bağlı hədə-qorxu, rüşvətxorluq, aksiya iştirakçılarının tərəfinə çəkmək kimi üsullardan istifadə olunur, bu da son nəticədə dövlət institutlarını çökdürmək, hakimiyyəti ələ keçirmək məqsədi daşıyır”.

Bəyanatda o da vurğulanır ki, əcnəbi təlimatçılar toplanış iştirakçılarına hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı təxribatlar törətmək, ölkədə xaos yaratmaq üçün təlimlər keçir: “Nümayişçilər nəqliyyat qovşaqları və inzibati binaları barrikadalarla iflic etməyi planlaşdırırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6564
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6437
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1183
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
971
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
964
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
963
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
957
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
564
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
351
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
291
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
193
Arda Gülər dayanmır, yenə fərqləndi -
175
Arda dubl etdi - VİDEO
156
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
155
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
140
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
116
“Mançester Siti” İngiltərə çempionu olub
112