AZ

Litva hərbçilərini Ukraynada təlimə göndərməyə hazırdır


Litva hərbi qulluqçularını təlim keçmək üçün Ukraynaya göndərməyə hazırdır.

Missiya.Az xəbər verir ki, bu barədə ölkənin baş naziri İnqrid Simonite deyib. Baş nazirin sözlərinə görə, ölkə parlamenti qoşunların Ukraynaya təlim keçmək üçün göndərilməsinə razılıq verib.

Xatırladaq ki, daha əvvəl bir neçə dövlət də bu məsələdə Ukraynaya dəstəyini ifadə edib. Hətta Rusiyanın müdafiə naziri fransalı həmkarı Sebastyan Lekornyu ilə telefon söhbəti zamanı bunun rəsmi Paris üçün ciddi təhlükə yaradacağını vurğulayıb. 


Zərintac Mayisqızı
Missiya.Az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla