AZ

Bu yerlərdə geriyə hərəkət etməyin - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

Sürüclərin mütəmadi şəkildə pozduqları qaydalardan biri də geriyə hərəkət manevridir. Adətən səhv istiqamətdə hərəkət edən sürücülər xeyli məsafəni geriyə hərəkət edərək yollarını qısaltmağa çalışırlar. Bu cür hərkət edən sürücülərə əksər hallarda yolayrıclarında da rast gəlmək olur.

Bəs qanunla geriyə hərəkət manevri necə olmalıdır?

Qanunvericiliyə görə, piyada keçidlərində, tunellərdə, körpülərdə, estakadalarda və onların altında, dəmiryol keçidlərində, ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə, avtobus dayanacaqlarında, o cümlədən yolayrıclarında geriyə hərəkət qadağandır. Lakin bu o demək deyil ki, digər yerlərdə geriyə hərəkətə istənilən formada icazə verilir. Geriyə hərəkət manevri ən qısa məsafədə həyata keçirilməlidir. Məsələn, parklanma edən zaman və parklanma yerlərindən çıxan zaman. Digər hallarda xeyli məsafədə geriyə hərəkət etmək qadağandır və hərəkət iştirakçıları üçün təhlükədir. Bu manevrin tələbinin pozulmasına görə qanunvericilikdə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla