AZ

Qohumu xəbər verib ki, evdə çoxlu pul var... - Foto

Lənkəranın Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8 min dollar və 930 min rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə və Rövşən Nuruşov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
3
Mənbələr
Şərh ()
Bağla