AZ

Bu insanlara lazerdən istifadə etmək OLMAZ - TƏHLÜKƏLİDİR!

Qadınların əksəriyyəti istənməyən tüklərlə mübarizədə lazer epilyasiyasını xilaskar kimi görürlər. Lakin bəzi hallarda bu prosedur məsləhət görülmür. 

Hansı hallarda lazer epilyasiyasından istifadə etmək olmaz?

Olaylar xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Nigar Rəsulova bildirib ki, lazer tibbin bütün sahələrində istifadə edilən prosedurlardan biridir.

"Lazerdən dəri qırışlarının açılmasında, arzuolunmaz xalların aradan qaldırılmasında uğurla istifadə edilir. Ən çox isə istənməyən tüklərin təmizlənməsində istifadə edilir. Lazer düzgün istifadə edilərsə, heç bir yan təsiri, qorxusu yoxdur. Lakin bəzi insanlar lazerdən istifadə etməməlidir. Xərçəg və epilepsiya xəstələri lazerdən istifadə etməməlidir. Dəridə açıq yaraları olan, dərisində iltihablaşma prosesi gedən insanlar da lazer epilyasiyasından istifadə etməməlidir".

Nigar Rəsulova qeyd edib ki, antibiotik dərmanların qəbulu dərinin şüaya qarşı həssaslığını artırır. 

"Məhz bu baxımdan antibiotik qəbul edən insanlar da bu prosedurdan istifadə etməməlidir. Lazer şüası dərinin imunitetini və qoruyucu qatını müəyyən qədər zəiflədir. Məhz bu baxımdan lazerdən sonra pilinq prosedurunu icra etmək düzgün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla