AZ

"57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə edib"- QAİ

Image

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edib. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 4-5 may 2024-cü il tarixlərində Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə etmiş və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə etmişlər. Bundan əlavə, dövlət və hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınamışlar.

Qərbi Azərbaycan İcması İƏT sammitinin bu qərarını ürəkdən alqışlayır. Bu qərarı ilə İƏT Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə etmiş ilk beynəlxalq təşkilat olmuşdur.

Qərbi Azərbaycan İcması əmindir ki, təşkilatın Qərbi Azərbaycan məsələsinə birmənalı dəstəyi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə sülh yolu ilə qayıdışını təşviq edəcək.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
6
Mənbələr
Şərh ()
Bağla