AZ

“Sifətinə tüpürmək lazımdır,  ən əxlaqsız, mənəviyyatsız adamdır” – Qalmaqal böyüyür

Tiktoker Ləmanın mərhum Əməkdar artist Aygün Bəylər haqqında xoşagəlməz söz işlətməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçilərinin böyük bir qismi dəyərlərimizi təhqid edən bu cür şəxslərin cəzalandırılmasını tələb ediblər.

Sonradan tiktoker üzr istəsə də, çoxları bunu yetərli hesab etmir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov çox sərt ifadələr işlədib.

“Elə bil ki, bu millətin daşını çeviriblər. Milli-mənəvi dəyərlər, əxlaq, dünyaya bizdən yayılıb. Qapıları açdıq, bütün dünyanı maarifləndirdik, əxlaqa, mənəviyyata çağırdıq, özümüz kütləvi şəkildə mənəviyyatsızlığa başlamışıq. Hər yerdə səsi, ritmi, əxlaqı, səviyyəsi olmayan, əndamı, döş-başı açıq qadınlar, saqqallı, "nakolka"lı hır-gür gədələrdir, efirlərə doluşublar.

Əgər o bir qadın olaraq Aygün Bəylər kimi göz qabağında olan şəffaf bir xanıma bu cür söz deyirsə, deməli, dünyanın ən əxlaqsız, mənəviyyatsız adamdır. Lap deyək ki, sən nəsə bilirsən, adam da ölülərin arxasınca danışarmı? Bu nə əxlaq, nə düşüncə, nə tərbiyədir?!”, - aktyor bildirib.

Onun sözlərinə görə, Aygün Bəylər 12-13 yaşından gözünün qarşısında böyüyən uşaqdır: “Onun formalaşmasında mənim və ailəmin xüsusi xidməti olub. Sənəti, əxlaqı mənəviyyatı, göz qabağında olan və nümunəvi Azərbaycan qadını barəsində söz deyən adam mənəviyyatsızdır.
Kimdirsə, ona ayıb olsun. Ölüb yerə girmirlər? Nə vaxtadək ölülərin arxasınca danışacaqlar? 

Ümumiyyətlə, bu tiktok millətə nə verir? Lüt, əndamı açıq qadınlardır, soyunurlar, oralarını-buralarını burcuda-burcuda tullanırlar. Təhrif olunmuş informasiyalar, pis günə qoyulmuş tərbiyəsiz adamlar, söyüş söyən bloger və siyasətçilər... Mən orada ancaq Azərbaycan xalqı üçün ziyanlı şeylər görürəm".

Xalq artisti hesab edir ki, Ağsaqqallar Şurası yaradılmalı və belə hallar kəskin qınanılmalıdır:

"Söhbət təkcə Aygün Bəylərdən getmir. Kompleks şəkildə bu millətin ideologiyası dövlət nəzarətinə götürülməlidir. Azərbaycanda sözü keçən Ağsaqqallar Şurası yaradılmalıdır. Yəni bir qınaq mərkəzi olmalıdır. Əsl ağsaqqallar, ağbirçəklər, ziyalılardan ibarət şura olsun. Belə şeylərə mütləq münasibət bildirilməlidir və cəzalandırmaq lazımdır. Heç bir təhqir, cinayət cəzasız qala bilməz. Həmin o xanımı tapıb camaatın qarşısına çıxarmaq müzakirə etmək və onun sifətinə tüpürmək lazımdır. Bir-ikisinə qarşı belə olsa, qalanlar da qorxar. Gündəmdə olmaq üçün Azərbaycanın elm, sənət, mədəniyyət xadimlərinin arxasınca danışırlar. Bu dərəcədə məsuliyyətsizlik, özbaşınalıq bizi hara aparır?", - deyə o əlavə edib.

Billurə Yunus

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
5599
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
5585
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
893
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
889
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
883
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
859
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
834
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
496
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
313
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
289
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
279
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
217
Arda Gülər dayanmır, yenə fərqləndi -
155
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
140
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
137
Arda dubl etdi - VİDEO
135
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
116
“Mançester Siti” İngiltərə çempionu olub
104
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
104