AZ

Azərbaycanda qızlar təhsil haqqından AZAD OLUNA BİLƏR? - AÇIQLAMA

Azərbaycanda qızlar təhsil haqqından AZAD OLUNA BİLƏR? - AÇIQLAMA

Bu gün Azərbaycanda qızların erkən nikaha məcbur edilməsi və təhsildən yayındırılması hallarının xəbərlərini görürük. Belə ki, valideyn 18 yaşı olmadan qızlarını özlərindən yaşca böyük kişilərə ərə verirlər. Bununla da onların həyatlarını məhv edir və qızlar erkən yaşlarında təhsil almaq yerinə, ana olurlar. Bəzən valideynlər bunu etməklərinə əsas olaraq, universitetlərin təhsil haqlarının yüksək olmasını bəhanə edirlər. Bu baxımdan Azərbaycanda qızlar təhsil haqqından azad edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Vüsal Kərimli deyib ki, mövzu həqiqətən çox aktual olaraq qalır:

"Mən düşünmürəm ki, qızlarımızı təhsil haqqı yüksəkdir deyə onları oxumaqdan yayındıran valideynlərin sayı çoxdur. Bu barmaqla sayılacaq qədərdir. Bizim xalqımız daha çox övladlarını, xüsusilə qızlarını oxutmağa meyillidirlər. Çox nümunələr var ki, öz övladlarını fəhləlik etməklə qızlarının təhsil almasına dəstək olurlar. Əlbəttə ki, bu tip kateqoriyadan olan insanlarda var. Tək bizdə deyil, bütün cəmiyyətlərdə bu hal var. Amma düşünmürəm ki, bizdə çoxdur. Bununda səbəbləri maarifsizlik ilə əlaqəlidir. Son illərdə bununla bağlı ciddi işləri görülür və maarifləndirilir. Qızların ali təhsil almaları üçün geniş imkanlar yaradılıb. Valideynin ödəniş etməyə gücü çatmırsa, tələbə kredit fondundan cüzi faizlər ilə yararlana bilər. Eyni zamanda dövlət tələbələr üçün təqaüdlər ayırır. Düşünürəm ki, məsələ tənzimlənib yaxud qarşısı alınıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla