AZ

Putindən keçmiş SSRİ ölkələrinə ÇAĞIRIŞ

Rusiya Prezidenti Vladimir Putin Qələbənin 79-cu ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, eləcə də Gürcüstan və Moldova xalqlarına təbrik məktubu göndərib. 

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

Rusiya lideri təbrikində vurğulayıb ki, Rusiya ağır müharibə illərində cəbhədə cəsarətlə vuruşan, arxa cəbhədə böyük qurbanlar və məşəqqətlər bahasına fədakarcasına çalışan hər kəsə dərin minnətdarlıq və ehtiramını bildirir.

Putin əmindir ki, MDB ölkələrinin xalqları arasında Böyük Vətən müharibəsi illərində yaranmış dostluq əlaqələri münasibətlərin inkişafı üçün etibarlı əsas olaraq qalacaqdır.

Rusiya lideri təbrik mesajlarında veteranlara və cəbhə işçilərinə ən səmimi təşəkkür sözləri də çatdırıb, onlara cansağlığı, firavanlıq, xoş əhval-ruhiyyə və uzun ömür arzulayıb.

Rusiya Federasiyasının Prezidenti nasizmi darmadağın edən keçmiş SSRİ ölkələrinin ümumi tarixini təhrif etmək və ya unutdurmaq cəhdlərinə qarşı mübarizə aparmağa çağırıb.

“Ümumi tariximizi təhrif etmək və ya unutdurmaq cəhdlərini dayandırmaq və əlbəttə ki, atalarımıza və babalarımıza şərəflə sinə gərməyə kömək edən şanlı dostluq və qarşılıqlı yardım ənənələrini diqqətlə qorumaq və gələcək nəsillərə ötürmək vacibdir", - Putin bildirib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
1
Mənbələr
Şərh ()
Bağla