AZ

PUTİN KEÇMİŞ SSRİ ÖLKƏLƏRİNİ TƏBRİK ETDİ

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik məktubu göndərib.

Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri təbrikində vurğulayıb ki, Rusiya ağır müharibə illərində böyük qurbanlar və məşəqqətlər bahasına cəbhədə cəsarətlə vuruşan və arxa cəbhədə fədakarlıqla çalışan, çoxdan gözlənilən Qələbəni yaxınlaşdıran hər kəsə dərin minnətdarlıq və ehtiramını bildirir.

Rusiya Federasiyasının prezidenti ümumi tarixi təhrif etmək cəhdlərinin dayandırılmasının vacibliyini vurğulayıb. Əvvəlki nəsillərə nasizmi darmadağın etməyə kömək edən dostluq və qarşılıqlı yardım ənənələrinin diqqətlə qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibdir.

Putin əmindir ki, Vətən Müharibəsi illərində yaranan qardaşlıq, dostluq telləri ölkələr arasında münasibətlərin inkişafı üçün etibarlı əsas olaraq qalacaq.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla