AZ

Ermənistanın yenidən KTMT-yə tərəf istiqamət götürməsi gözlənilən deyil – Hərbi ekspert

Putin və Paşinyan bu gün Moskvada görüçəcəklər. Rusiya ilə Ermənistan arasında münasibətlərin yüksək səviyyədə olmadığını nəzərə alsaq bu görüşün nə ilə nəticələnəcəyi diqqətçəkəndir. Ermənistanın KTMT-də fəaliyyətinin yenidən bərpası da  bundan sonra mümkündürmü?

Mövzunu Herbiand.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev KTMT mövsunun bu görüşdə müzakirə olunacağını düşünmür:

“Çünki Ermənistan iki ildir ki, KTMT-dəki bütün fəaliyyətlərini dondurub. Onunla hərbi sahədə əməkdaşlığını demək olar ki, tamamilə dayandırıb. Belə olan halda Ermənistanın yenidən KTMT-yə tərəf istiqamət götürməsi gözlənilən deyil”.

Hərbi ekspert Ermənistanın tamamilə KTMT-dən qırılmasının da, ümumiyyətlə Rusiyanın təsiri altından çıxmasının da elə rahat proses olmadığını deyir:

“Bu kifayət qədər uzun müddət və genişmiqyaslı fəaliyyətlər tələb edir. Buna Rusiya tərəfinin rahatlıqla razı olacağını da gözləmirik. Başqa sözlə desək, Ermənistan yaxın perspektivdə hələ də öz yanlış geosiyasi fəaliyyətlərinin girovu olmaqla qalmaqda davam edəcək”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla