AZ

“DroneGun Mk4” antidron sistemi Malayziyada nümayiş olunur

Malayziyanın paytaktı Kuala-Lumpur şəhərində keçirilən DSA 2024 sərgisində Avstraıiyanın “DroneSheild” şirkəti özünün antidron sistemlərini nümayiş etdirir.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, “DroneSheild”in nümyiş etdirdiyi məhsullardan biri şirkəti bu sahədə hazırladığı “DroneGun Mk4” antidron sistemidir.

Qeyd edək ki, “DroneSheild” şirkəti “DroneGun Mk4” daşınan antidron sistemini ilk dəfə 2023-cü ilin aprelində tədim edib. Ölçü və qabiliyyət arasındaki optimal xətdə qərarlaşan “DroneGun Mk4”, uzun mənzilli “DroneGun Tactical” və ultra yüngül çəkili “DroneGun MK3”ün də aid olduğu “DroneGun” məhsul ailəsinin sonuncu üzvüdür.

Çəkisi 3.2 kiloqram olan bu antidron sistemi -20 ilə +55 dərəcə temperatur aralığında fəaliyyət göstərmək imkanına və eyni vaxtda birdən çox pilotsuz uçuş aparatının (PUA) siqnallarını pozmaq bacarığına sahibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla